18 March 2025

Livan-Suriya sərhədində şiddətli döyüşlər gedir

Ərəb mediasının məlumatına görə, Livan-Suriya sərhədində şiddətli toqquşmalar davam edir.

Bölgədə baş verən gərgin qarşıdurma və bombardmanlardan sonra Colani rejiminə bağlı Heyət Təhrir əl-Şam (HTS) ünsürləri Livanla sərhəddə yerləşən Huş əl-Seyyid Əli kəndini işğal edib.

Mehr Xəbər Agentliyinin məlumatına görə, Livan ordusunun bölgəni hərbi qüvvələr və ağır silahlarla gücləndirdiyi bildirilir.

Futbolçu Kvinsi Promes İslam dinini qəbul edib

Niderland millisinin sabiq futbolçusu Kvinsi Promes İslam dinini qəbul edib.

33 yaşlı hücumçu digər müsəlmanların onu qəbul etməsi üçün məsciddə kəlmeyi-şəhadət oxuyub.

Promes Niderlanda müxtəlif cinayətlərdə ittiham olunaraq ümumilikdə 7,5 il həbs cəzasına məhkum edilib. Daha sonra o, 2024-cü ilin fevral ayında Dubayda törətdiyi yol qəzasına görə həbs olunub. Oyunçu sərbəst buraxıldıqdan sonra Birləşmiş Ərəb Əmirliklərinin “Yunayted” klubu ilə müqavilə imzalayıb.

İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 412-ni ötüb (yenilənib)

İsrail ordusunun Qəzzaya endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 412-yə yüksəlib.

Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

******************************************************************************************************

 

İsrail Qəzza zolağında atəşkəsi dayandırıb. Həmas Netanyahunun Qəzzada girovları “naməlum bir sona” buraxdığını desə də, Ağ Ev onların bu qərardan xəbərdar olduğunu açıqlayıb.

Şimali Kipr Türk Cümhuriyyətində orta məktəblərdə hicab qadağası yüngülləşdirdi

Şimali Kipr Türk Cümhuriyyətində (KKTC) orta məktəblərdə hicab qadağasını yumşaldıb. Artıq orta məktəb şagirdləri istəyənlər hicab, papaq və bandana ilə məktəbə gedə bilərlər.

Keçən həftə bir şagirdin hicablı məktəbə getməsinə icazə verilmədikdən sonra KKTC Nazirlər Şurası bunu etmək istəyən orta məktəb şagirdlərinin baş örtüyü və ya bandana taxa bilməsi barədə qərar qəbul edib.

Azərbaycan Ordusunun mövqeləri fasilələrlə atəşə tutulub

Martın 17-si saat 22:15-dən martın 18-i saat 00:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa, Qarakilsə rayonunun Saybalı və Çənbərək rayonunun Vaqan yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

 Bu haqda Azərbaycan Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.