İsrailli nazir jurnalisti mətbuat konfransından qovuldu

Rusiyanın "İzvestiya" nəşrinin jurnalisti Nikita Kulyuxin İsrailin xarici işlər naziri Gideon Saarın mətbuat konfranslarında sual verdiyinə görə konfransdan çıxarılıb və onun nazirliyə girişinə qadağa qoyulub. 

Bu barədə xarici KİV məlumat yayıb. 

Kulyuxin mətbuat konfransında nazirdən soruşub: nə üçün İsrail hakimiyyəti Ukraynada Holokost zamanı millətçilərin əlaltılarının, o cümlədən bir çox yəhudinin ölümünə görə məsuliyyət daşıyan onların lideri Stepan Banderanın təriflənməsini pisləmir?

Jurnalistə peşə vəzifələrini yerinə yetirdiyinə görə tətbiq edilən sanksiyalar geniş əks-səda doğurub və buna görə İsrail üçün böyük beynəlxalq qalmaqal yaranıb. 

Daha sonra İsrail Xarici İşlər Nazirliyi kütləvi reaksiyalardan sonra geri çəkilməli olub. Vəziyyəti İsrail hökumətinin sözçüsü David Menzer şərh edib. O, Ukraynadakı Bandera tərəfdarlarının şöhrətləndirilməsi məsələsini ölkənin Xarici İşlər Nazirliyinə çatdırdığını deyib: "Mən həmin sualını Xarici İşlər Nazirliyinə yönləndirəcəyəm, yəqin ki, onlar daha ətraflı cavab verə biləcək". 

Menzer İsrailin azad bir ölkə olduğunu, burada sual verməyi qadağan etmədiklərini və azad mətbuatdan məsul olduqlarını bildirib.

 

 

Unikal.az