15 March 2025

Suriyada şiddətli partlayış! Ölən və yaralananlar var

Suriyanın Latakiya vilayətinin Raml məhəlləsində baş verən partlayış nəticəsində 3 nəfər ölüb, 12 nəfər yaralanıb.

Suriyanın Latakiya vilayətinin Raml məhəlləsində bu gün səhər saatlarında baş verən partlayış nəticəsində 3 nəfər ölüb, 12 nəfər yaralanıb. Suriyanın rəsmi xəbər agentliyi SANA-nın verdiyi məlumata görə, Latakiyanın cənubundakı Raml məhəlləsində naməlum səbəbdən partlayış baş verib.

Xanım Zeynəb (s.ə) hərəmində iftar süfrəsi açılıb

Son dövrlər Suriyada yaşanan hadisələr fonunda mətbuat Xanım Zeynəbin (s.ə.) hərəmində verilən iftar süfrəsini işıqlandırıb. Suriyanın Dəməşq şəhərinin cənubunda yerləşən Həzrət Zeynəb (s.ə.) hərəmində Ramazan ayı münasibəti ilə ziyarətçilərin və ziyarətgah sakinlərinin iştirakı ilə iftar süfrəsi və  bura qatılan zəvvarlar xoş təəssürat yaradıb.

Azərbaycanda nə qədər ibadətgah və dini icma var?

2024-cü ildə Azərbaycanda bir dini icma qeydiyyata alınıb, altı dini icmanın qeydiyyatı ləğv olunub.

Bununla bağlı Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub.

Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan hesabata əsasən, bununla da ötən ilin sonuna ölkə ərazisində 2 min 377 məscid, 16 kilsə, 7 sinaqoq, 23 xristian dua evi, 1 bəhai, 1 krişna ibadətgahı mövcud olub.

Rusiya, Belarus və Tacikistan prezidentlərinin qeyri-rəsmi görüşü olub

Rusiya, Belarus və Tacikistan prezidentləri Vladimir Putin, Aleksandr Lukaşenko və Emoməli Rəhmon arasında qeyri-rəsmi görüş keçirilib.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Liderlər dövlətlərarası münasibətlərin gələcək inkişafı ilə bağlı bir sıra aktual məsələləri müzakirə ediblər.

Azərbaycan cüdoçusu Avropa Kubokunda qızıl medal qazanıb

Azərbaycan cüdoçusu Xorvatiyanın Poreç şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kubokunda qızıl medal qazanıb.

52 kq çəki dərəcəsində tatamiyə çıxan idmançı müvafiq olaraq Moldova, İsveç, Kanada və Bosniya-Herseqovinadan olan rəqiblərini üstələyərək adını finala yazdırıb.

Həlledici görüşdə İsveçrə cüdoçusu Lya Monneyi məğlub edən Aysun Məmmədova millimizin aktivinə ilk medalı yazdırıb.

Azərbaycanın D-8-ə qoşulması təsdiqlənib

Prezident İlham Əliyev Azərbaycanın D-8-ə qoşulmasını təsdiqləyib.

Dövlət başçısı bununla bağlı “İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsi”nə qoşulmaq haqqında” qanunu təsdiq edib.

Bununla da, Azərbaycan 2012-ci il noyabrın 22-də İslamabad şəhərində imzalanan “İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsi”nə qoşulub.

İsrailin hücumlarında həlak olan jurnalistlərin sayı 206-ya çatıb

İsrailin Qəzza zolağında həyata keçirdiyi hücumlarda yaralanan daha bir jurnalist həyatını itirib. Bununla da hücumlarda həyatını itirən jurnalistlərin sayı 206-ya çatıb.

İsrail ordusunun Qəzza zolağına hücumlarında şəhid olanların sayı artmaqda davam edir. Nəhayət, yaralananlar arasında olan bir mətbuat mənsubunun ölümü ilə hücumlarda həyatını itirən jurnalistlərin ümumi sayı 206-ya çatıb.

52 ildən sonra Druzlar İsrailə səfər edib

Suriyadan olan 100 druzdan ibarət nümayəndə heyəti 52 ildən sonra ilk dəfə İsrailə səfər edib. Görüş druz icmasının ruhani lideri Müvəffik Tarifin koordinasiyası ilə keçirildiyi və iki gün davam edəcəyi bildirilib.

Təxminən 100 suriyalı druz şeyxinin İsrailə səfəri bu səhər başlayıb. Görüş Suriyanın işğal altında olan Qolan təpələri ərazisində gerçəkləşib və İsrailin şimalında druzların dini yerlərini ziyarət edcəyi ilə hərəkətə gəlib.

İsrail, Yunanıstan və Cənubi Kipr üçlüyünün görüşü Türkiyədə gerçəkləşdi

İsrail, Yunanıstan və Cənubi Kipr Rum Administrasiyasının xarici işlər nazirləri Afinada görüşüblər. Görüşdə Türkiyənin bölgədəki təsiri və Suriyadakı hadisələr müzakirə edilib. Üç ölkə regional təhlükəsizlik və enerji sahəsində əməkdaşlığı gücləndirmək barədə razılığa gəlib.