11 March 2025

Basketbol üzrə Azərbaycan Kubokunda ilk yarımfinalçı müəyyənləşib

Basketbol üzrə Azərbaycan Kubokunda ilk yarımfinalçı müəyyənləşib.

“Şəki” 1/4 finalda NTD ilə qarşılaşıb.

Bakı İdman Sarayında baş tutan görüş paytaxt təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 71:66. Bu nəticədən sonra NTD adını yarımfinala yazdırıb.

Qeyd edək ki, bu gün 1/4 finalda daha bir qarşılaşma keçiriləcək. Saat 19:00-da Bakı İdman Sarayında “Naxçıvan” “Abşeron”la üz-üzə gələcək.

Suriyada əldə olunan razılaşma: Suriya Demokratik Qüvvələri dövlət qurumlarına daxil ediləcək

Təhrir əl-Şamın (HTŞ) idarə etdiyi Suriya Rəyasət Heyətinin bazar ertəsi verdiyi açıqlamada ölkənin müvəqqəti lideri Əhməd əl-Şara və SDQ lideri Mazlum Abdinin iştirak etdiyi imzalanma mərasiminin görüntüləri yayımlanıb.

Suriyanın yeni administrasiyası kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələrinin (SDQ) ölkənin dövlət qurumlarına inteqrasiyası barədə razılığa gəldiyini açıqlayıb.

“Bəzi zorakı hökumətlərin müzakirəyə israrlı olması problemlərin həlli üçün deyil”

“Bəzi zorakı hökumətlərin müzakirəyə israrları problemləri həll etmək üçün deyil, ağalıq etmək və öz gözləntilərini tətbiq etmək üçündür. İran İslam Respublikası onların gözləntilərini qətiyyən qəbul etməyəcək”.

Bu barədə İslam İnqilabının Ali lideri Ayətullah Xamenei bəyan edib.

ABŞ-da səhmlər kəskin şəkildə dəyər itirib, Tramp iqtisadi tənəzzül ehtimalını istisna etmir

Bazar ertəsi ABŞ-ın hər üç əsas birja indeksi kəskin şəkildə azalıb. Belə ki, investorlar Prezident Donald Trrampın ölkənin əsas ticarət tərəfdaşlarına tətbiq etdiyi tariflərin qeyri-müəyyənliyindən və onun ABŞ-da növbəti ayrlarda tənəzzül ehtimalını istisan etməməsindən narahatdır.

Dow Jones-un 30 mavi fişka səhmlərinin ortalama dəyəri 1 faizdən çox aşağı düşüb, S&P 500 indeksi isə 2 faiz düşüb, texnologiyaların ağırlıq təşkil etdiyi Nasdaq barometri isə 3 faiz azalıb.