Bazar ertəsi ABŞ-ın hər üç əsas birja indeksi kəskin şəkildə azalıb. Belə ki, investorlar Prezident Donald Trrampın ölkənin əsas ticarət tərəfdaşlarına tətbiq etdiyi tariflərin qeyri-müəyyənliyindən və onun ABŞ-da növbəti ayrlarda tənəzzül ehtimalını istisan etməməsindən narahatdır.
Dow Jones-un 30 mavi fişka səhmlərinin ortalama dəyəri 1 faizdən çox aşağı düşüb, S&P 500 indeksi isə 2 faiz düşüb, texnologiyaların ağırlıq təşkil etdiyi Nasdaq barometri isə 3 faiz azalıb.
The S&P 500 cümə gününü həftəlik 3.1 faizlik azalma ilə başa vurub ki, bu da son altı yada ən böyük azalmadır. İndeks fevralın 19-da qeydə alınan ən yüksək səviyyəsindən 7.4 faiz aşağı düşüb.
Tramp ötən həftə Meksika və Kanadanın ABŞ-a ixraclarına yeni 25 faizlik tariflər tətbiq edib, amma bir neçə gün sonra rüsumları aprelin 2-dək təxirə salıb. Ondan sonra nə olacağı isə hələ ki, qeyri-müəyyəndir.
Ticarət naziri Houard Latnik həftə sonu NBC News-a deyib ki “Amerikada tənəzzül olmayacaq.” Amma Tramp bunu deməkdən yayınıb.
“Mən belə şəyləri proqnozlaşdırmaqdan nifrət edirəm,” ABŞ lideri Fox News-a bildirib. “Keçid dövrü var, çünki bizim etdiklərimiz çox böyükdur. Biz Amerikaya zənginliyi geri qaytarırıq. Bu, böyük bir şeydir,” o deyib və əlavə edib ki, “Bu biz az vaxt alır. Bir az vaxt alır.”
Bazar ertəsi böyük texnologiya şikərltərinin səhmləri satılmağa davam edib. Trampın əsas məsləhətçisi olan milyarder İlon Maskın elektrik maşın şirkəti Teslanın səhmi 8 faizdən çox aşağı düşüb.
Apple, Microsoft, Alphabet, Amazon, Nvidia və Meta Platforms kimi digər əsas texnologiya şirkətlərinin səhmləri 2 faizdən çox aşağı düşüb.
Dünyanın ən böyük iqtisadiyyatı olan ABŞ iqtisadiyyatı artıq zəiflədiyinə dair bəzi siqnallar verir. Belə ki, rəy sorğuları istehlakçılar tərəfindən pessimizmin artdığını göstərir. Atlanta Federal Ehtiyat Bankının topladığı real-vaxt göstəriciləri ABŞ iqtisadiyyatının artıq kiçildiyinə işarə edir.
Goldman Sachs sərmayə şirkətində təhlilçi Devid Merikl 2025-ci il üçün ABŞ iqtisadiyyatındakı artımla bağlı proqnozunu 2.2 faizdən 1.7 faizə endirib, əsasən ona görə ki, belə görünür Trampın tarifləri onun daha öncə proqnozlaşdırdığından daha böyük olacaq. O, növbəti bir ildə tənəzzül ehtimalını beşdə bir olaraq gördüyünü deyib.
AmerikanınSəsi
ABŞ-da səhmlər kəskin şəkildə dəyər itirib, Tramp iqtisadi tənəzzül ehtimalını istisna etmir