07 March 2025

Tramp Meksika və Kanada məhsullarına tətbiq etdiyi tarifləri dörd həftəlik təxirə saldı

ABŞ Prezidenti Donald Tramp cümə axşamı Meksika və Kanadanın ixracının əksər hissəsinə tətbiq ediləcək yeni 25 faizlik tarifləri dörd həftəlik təxirə saldı. Bu, Şimali Amerikada günlərdir səhm bazarlarını sarsıdan, ABŞ-ın uzunmüddətli müttəfiqləri və iki ən böyük ticarət tərəfdaşı ilə münasibətlərini gərginləşdirən ticarət müharibəsindəki ən son yenilikdir.

Suriyada qarşıdurmada Huveyca öldürüldü

Suriyada qiyam başlayıb.

Qiyam yeni hakimiyyətin Latakiya (prezident Bəşər Əsədin doğulduğu yer) kəndlərindən birini təmizləmək cəhdi səbəbindən başlayıb.

"Əl-Cəzirə" xəbər verir ki, bu gün Latakiya əyalətində və cənubda ələvilərin yaşadığı Dəra əyalətində təhlükəsizlik qüvvələri ilə Suriyanın keçmiş prezidenti Bəşər Əsədi dəstəkləyən döyüşçülər arasında şiddətli toqquşmalar baş verib.

İran ABŞ-dən 12 milyard dollardan çox kompensasiya tələb edir

İran Məhkəməsi ABŞ hakimiyyətinin 12 milyard 615 milyon dollar məbləğində kompensasiya ödəməsi haqqında qərar qəbul edib.

Bu barədə məlumatı İran İnqilab Keşikçiləri Qvardiyasına (Sepah) bağlı mənbə yayıb.

Məlumata əsasən, İran məhkəməsi sanksiya nəticəsində talassemiyadan əziyyət çəkən iranlı xəstələrə dəymiş fiziki və mənəvi ziyana görə ABŞ hakimiyyətinin 12 milyard 615 milyon dollar təzminat ödəməsinə qərar verib.  

Danimarkada meydana "Fələstin" adı verilib

Milli mətbuatda yer alan xəbərlərə görə, Kopenhagen Şəhər Şurası şəhərdəki bir meydana "Fələstin" adının verilməsi təklifini qəbul edib.

Təklif 55 üzvdən 29-u təsdiq səsi ilə qəbul edilib.

Belə ki, aprelin 1-dən etibarən şəhərin mərkəzində müəyyən edilmiş meydan üçün “Fələstin” adı istifadə olunacaq.

Kopenhagendə bir meydanın “Fələstin” adlandırılması uzun müddətdir müzakirə mövzusudur.

ABŞ HƏMAS-la niyə görüşdüyünü izah etdi

ABŞ HƏMAS ilə görüşünün səbəbini ictimaiyyətə açıqladı. Açıqlamaya görə, görüş zamanı ABŞ-ın mövqeyi HƏMAS-a “fərqli şəkildə” çatdırılıb.

 

ABŞ Dövlət Departamenti HƏMAS ilə görüşdükləri iddiasını təsdiqləyib və bunun səbəbini açıqlayıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Tammi Bryus Donald Tramp administrasiyası vəzifəyə başladıqdan sonra ilk gündəlik mətbuat konfransını keçirib.