Danimarkada meydana "Fələstin" adı verilib

Milli mətbuatda yer alan xəbərlərə görə, Kopenhagen Şəhər Şurası şəhərdəki bir meydana "Fələstin" adının verilməsi təklifini qəbul edib.

Təklif 55 üzvdən 29-u təsdiq səsi ilə qəbul edilib.

Belə ki, aprelin 1-dən etibarən şəhərin mərkəzində müəyyən edilmiş meydan üçün “Fələstin” adı istifadə olunacaq.

Kopenhagendə bir meydanın “Fələstin” adlandırılması uzun müddətdir müzakirə mövzusudur.

2023-cü ilin avqustunda dörd partiya bu istiqamətdə təklif hazırlayıb, lakin təklif parlamentdə müzakirə olunmadan təxirə salınıb.