08 February 2024

Şahin Mustafayev: Azərbaycan və İran arasında əlaqələr öz səmərəli töhfəsini verməkdədir

Operativtv.com Az.shafaqna.com-a istinadən verdiyi xəbərə görə, Azərbaycan və İran arasında əlaqələr öz səmərəli töhfəsini verməkdədir.

Bunu Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev bu gün Bakıda İran İslam İnqilabının qələbəsinin 45-ci illiyi ilə əlaqədar təşkil olunan tədbirdə deyib.

Onun sözlərinə görə, ərazilərimiz işğaldan azad edildikdən sonra İran və Azərbaycan arasında əlaqələr yeni mərhələyə qədəm qoyub.

Səhhətində ciddi problemlər olan Ceyhun Balaşovun növbəti məhkəməsi keçirilib

Beyin şişi xəstəliyindən əziyyət çəkən MBH üzvü Ceyhun Balaşovun məhkəməsi davam edib. Fevralın 8-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Nahid Hüseynovun sədrliyi ilə keçən iclasda vəkil Rəsul Cəfərov şıxış edib. Son söz alan vəkil, bütün məhkəmə boyu iddia olunan narkotiklərlə bağlı iddiaların yetərli əsaslarla sübuta yetmədiyinə diqqət çəkib.

"İsrail tam qələbəyə qədər davam edəcək" - Netanyahu

İsrail Qəzza zolağında HƏMAS üzərində tam qələbəyə qədər davam edəcək.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib. 

Onun sözlərinə görə, bu, aylarla davam edə bilər: "Biz tam qələbəyə doğru gedirik və bu, yaxındır. Söhbət illərdən, onilliklərdən yox, aylardan gedir. İsrail Müdafiə Qüvvələri möcüzələr yaradır".

PSJ 1/4 finalda

Fransa kubokunun 1/8 final mərhələsində PSJ "Brest"i qəbul edib. 

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, Luis Enrikenin rəhbərlik etdiyi İspaniya yığması 3:1 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib.

PSJ-dən fransalı hücumçu Kilian Mbappe, portuqaliyalı müdafiəçi Danilo Pereyra və portuqaliyalı hücumçu Qonsalo Ramuş fərqlənib.

ABŞ-ın milli borcu artır

ABŞ Konqresinin Büdcə Ofisi (CBO) federal hökumətin büdcə kəsirinin 2034-cü ildə 2,6 trilyon dollara çatacağını proqnozlaşdırır.

'Büdcə və İqtisadi Görünüş: 2024-2034' başlıqlı hesabatını dərc edən CBO, federal hökumətin 2023 maliyyə ilində 1,7 trilyon dollar olan büdcə kəsirinin bu il 1,6 trilyon dollara enməsinin gözləndiyini bildirir.

ABŞ Bağdadda Həşdi Şabi komandirini qətlə yetirib

Əl-Mayadin xəbər agentliyi ötən axşam İraqın Kətaibi Hizbullah müqavimət qrupunun yüksək rütbəli üzvünün şəhadətini elan edib.

İraq İslami Müqavimətinin İordaniyada 3 ABŞ əsgərinin ölümü ilə nəticələnən hücumuna cavab olaraq ABŞ Bağdadın şərqindəki Məştəl bölgəsində Həşdi Şabi komandirinin istifadə etdiyi avtomobili hədəfə alıb.

Qeys əl-Xəzalinin ABŞ hücumuna reaksiya və İraq hökumətinə çağırışı

İraq Əsaib Əhli-Haqq Hərəkatının baş katibi Şeyx Qeys əl-Xəzali Amerikanın Bağdadda həyata keçirdiyi terror aktına cavab olaraq İraq hökumətinə göndərdiyi mesajda İraq hökumətinin xarici qüvvələrin dərhal çıxarılması üçün Təhlükəsizlik Şurasına müraciət etməlidir.O, rəsmi tələblə çıxış etməli olduğunu bildirib.

İsveç hökuməti Quranı yandıran Momikanı deportasiya edəcək

İsveç İmmiqrasiya Məhkəməsi Qurani-Kərimi yandıraraq təxribatlar törədən iraqlı Salvan Momikanın yaşayış vizasının müddəti bitdikdən sonra deportasiya qərarı qəbul edib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, İsveç dövlət radiosu SR İmmiqrasiya Məhkəməsinin Qurani-Kərimi yandıraraq təxribatlar törədən iraqlı Salvan Momikaya qarşı İmmiqrasiya İdarəsinin verdiyi deportasiya qərarını təsdiqlədiyini bildirib.

Suriyanın şərqindəki ABŞ bazasına raket hücumu həyata keçirilib

Suriyanın Deyr əz-Zor şəhəri yaxınlığında yerləşən ABŞ bazasına raket hücumu həyata keçirildiyi bildirilib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Əl-Ömər neft sahəsindəki Amerika bazasını hədəf alan hücum nəticəsində bir neçə partlayışın meydana gəldiyi qeyd edilərkən, Sputnik-ə danışan yerli mənbə, “Əl-Ömər yatağındakı ABŞ bazasına 4 raket atıldığını bildirib.