Suriyanın Deyr əz-Zor şəhəri yaxınlığında yerləşən ABŞ bazasına raket hücumu həyata keçirildiyi bildirilib.
Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Əl-Ömər neft sahəsindəki Amerika bazasını hədəf alan hücum nəticəsində bir neçə partlayışın meydana gəldiyi qeyd edilərkən, Sputnik-ə danışan yerli mənbə, “Əl-Ömər yatağındakı ABŞ bazasına 4 raket atıldığını bildirib.
Mənbə əlavə edib ki, hücumdan sonra Deyr əz-Zor səmasında ABŞ helikopteri görünüb.
Suriyada son günlər ABŞ ordusunun Tenef bölgəsində, İraq sərhədinə yaxın Malikiyye rayonunda, Həsəkə əyalətinin Şəddadi rayonunda və Deyr əz-Zor əyalətində yerləşdirildiyi bazalara hücumlar təşkil edilib.
Son zamanlar baş verən son hücumda yerli mənbələrdən əldə edilən məlumata görə, Fərat çayının qərb sahilində yerləşən terrorçu qrupların ABŞ qüvvələrinin yerləşdiyi Ömer Neft Sahə Bazasına çoxsaylı kamikadze pilotsuz uçuş aparatı ilə hücum etdiyi bildirilib.
Yanvarın 28-də Suriya-İordaniya sərhədindəki Amerika bazasına edilən hücuma cavab olaraq, ABŞ İran İnqilabı Keşikçiləri Ordusunun Qüds Qüvvələrinə və Suriya və İraqdakı silahlı qruplaşmalara aid ən azı 85 hədəfin hava zərbələri ilə vurulduğunu açıqlayıb.
Suriyanın şərqindəki ABŞ bazasına raket hücumu həyata keçirilib