ABŞ Bağdadda Həşdi Şabi komandirini qətlə yetirib

Əl-Mayadin xəbər agentliyi ötən axşam İraqın Kətaibi Hizbullah müqavimət qrupunun yüksək rütbəli üzvünün şəhadətini elan edib.

İraq İslami Müqavimətinin İordaniyada 3 ABŞ əsgərinin ölümü ilə nəticələnən hücumuna cavab olaraq ABŞ Bağdadın şərqindəki Məştəl bölgəsində Həşdi Şabi komandirinin istifadə etdiyi avtomobili hədəfə alıb.

İraqlı mənbələr, Bağdadın şərqində mülki avtomobilə pilotsuz təyyarənin hücumu nəticəsində Kətaibi Hizbullahın yüksək səviyyəli üzvü Əbu Bəkr Əs-Səadinin şəhid olduğunu bildirib.

Bu hücumdan bir neçə dəqiqə sonra İraq mənbələri Bağdadın şərqində onlarla iraqlının küçələrə çıxaraq Amerika əleyhinə şüarlar səsləndirdiyini bildirib.