29 November 2023

Almaniya kəşfiyyatı ölkədə hücum riskinin yüksək olduğunu bildirib

Almaniyanın daxili kəşfiyyat xidməti İsrail və HAMAS arasında müharibə səbəbiylə ölkədə islamçıların hücumlarının “real” və “uzun müddətdən bəri ən yüksək” risk səviyyəsində olması barədə xəbərdarlıq edib.

Bu barədə Almaniyanın daxili kəşfiyyat xidmətinin rəhbəri Tomas Haldenvanq mətbuata açıqlamasında bildirib.

HƏMAS: Biz atəşkəsin uzadılması üzərində işləyirik - İsrail hərbi həll yolu tətbiq etmə gücünə malik deyil

HƏMAS hərəkatının yüksək səviyyəli rəsmilərindən olan "Qazi Həməd" bu hərəkatın atəşkəsin uzadılması məsələsində vasitəçilərlə işlədiyini bildirib və sionist rejiminin Qəzza zolağında və İordan çayının qərb sahilində hərbi həll yolu tətbiq edə bilməyəcəyini vurğulayıb.

Ben Qvir Netanyahudan HƏMAS-a hücumları davam etdirməsini istəyib

Bu gün atəşkəsin pozulmasına reaksiya verən Ben Qafir Netanyahudan HƏMAS-a qarşı müharibəni davam etdirməsini istəyib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, bu barədə “Yediot Aharonot” qəzeti məlumat yayıb ki, sionist rejimin ifrat sağçılarının daxili təhlükəsizlik naziri İtmar Bin Qvir “sionist hərbçilərin atəşkəsi pozmasından sonra” müharibəyə qayıtmağa və HƏMAS-ı məhv etməyə çağırıb.

Papa Fransiskdən "Qəzza" mesajı

Roma Papası Fransisk İsrailin Qəzza zolağına intensiv hücumlarında humanitar fasilədən danışıb. Qəzzada atəşkəsin davam edəcəyinə ümid etdiyini deyən Papa, “Lütfən, sülh olsun” deyib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransisk Qəzzadakı münaqişədə “humanitar fasilənin” davam edəcəyinə ümid etdiyini bildirib.

"Dua etməyə davam edək"

“Xəzərdə ticarət gəmilərinin fəaliyyəti risk altındadır” - Dünya Bankından xəbərdarlıq

Dünya Bankı yaydığı bəyanatda Xəzərin suyunun səviyyəsinin azalması və bunun dənizdəki sahil limanlarının tikintisi layihəsi üçün mümkün fəsadlar barədə xəbərdarlıq edib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, Dünya Bankı Azərbaycanda iki sahil limanı olan Ələt və Qazaxıstanın Aktau limanlarını xüsusi qeyd edib və Xəzərin səviyyəsi 2024-cü ildə azalmağa davam edərsə, dənizdəki sahil limanlarının tikintisi prosesində böyük problemlər yaranacağını vurğulayıb.

Erlinq Holann Çempionlar Liqasında yeni rekorda imza atıb

İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Erlinq Holann yeni rekorda imza atıb.

Norveçli hücumçu buna “Leyptsiq”ə 3:2 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının qrup mərhələsinin V turunun oyununda fərqlənməklə nail olub.

Forvard qitənin bir nömrəli klub turnirində 40 qola hamıdan tez çatıb. O, bunu cəmi 35 qarşılaşmada bacarıb.

Böyük Yeddilik ölkələri Qəzzada atəşkəsin uzadılmasını istəyir

Böyük Yeddiliyə (G7) daxil olan ölkələrin xarici işlər nazirləri Qəzzada atəşkəsin uzadılmasını və bütün girovların dərhal azad edilməsini istəyib.

Operativtv.com Toplum TV-yə istinadən xəbər verir ki, noyabrın 28-də Vaşinqtonda keçirilən görüşdə bununla bağlı birgə bəyanat qəbul edilib. 

Azərbaycan İsraillə bağlı qətnamayə qarşı çıxıb

BMT Baş Assambleyası İsraili Qolan Təpələrini tərk etməyə çağıran qətnamə qəbul edib.

Operativtv.com Toplum Tv-yə istinadən xəbər verir ki,  BMT üzvləri sənəddə “İsrailin BMT Təhlükəsizlik Şurası və Baş Assambleyanın müvafiq qətnamələrinə zidd olaraq 1967-ci ildən işğal altında olan Suriyanın Qolan Təpələrindən geri çəkilməməsindən dərin narahatlığını” bildiriblər. 

“Tərtər işi” ilə bağlı ittiham olunan polkovnik və digərlərinə hökm oxunub

“Tərtər işi” ilə bağlı ittiham olunan polkovnik Vüsal Ələsgərov, sabiq qərargah rəisi, polkovnik-leytenant Rəşid Niftəliyev, müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçu Ramil Qarayev və Rüstəm Ələsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bu gün Bakı Hərbi Məhkəməsinin hakimi Camal Ramazanovun sədrliyi ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin binasında keçirilən prosesdə hökm oxunub.

Ərəbistandan İsrailə Kommunikasiya və İqtisadi Marşrutun yaradılmasının təsdiqi

Səudiyyə Ərəbistanı Hindistandan işğal olunmuş ərazilərdə İsrail və Avropaya kommunikasiya və iqtisadi marşrutun yaradılmasına dair anlaşma memorandumunu təsdiqləyib.

Buna görə də Hindistan-İsrail və İsrail-Avropa xəttlərində Səudiyyə Ərəbistanı ərazisindən istifadə olunacaq və ticarət bu marşrutlarda malların satışı ilə həyata keçiriləcək.

ABŞ və Almaniya səfirlikləri Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatındakı ittihamları qəbul etmir

ABŞ və Almaniyanın Azərbaycandakı səfirlikləri Azərbaycan Xarici İşlər Nazirliyinin “Abzas Media” internet nəşrinin qanunsuz maliyyələşdirilməsi ilə bağlı ittihamlarını qəbul etmir.

Azərbaycan Xarici İşlər Nazirliyi noyabrın 28-də ABŞ, Almaniya və Fransanın Azərbaycandakı diplomatik missiyalarının rəhbərlərini nazirliyə dəvət edərək etiraz bildirib.