Azərbaycan İsraillə bağlı qətnamayə qarşı çıxıb

BMT Baş Assambleyası İsraili Qolan Təpələrini tərk etməyə çağıran qətnamə qəbul edib.

Operativtv.com Toplum Tv-yə istinadən xəbər verir ki,  BMT üzvləri sənəddə “İsrailin BMT Təhlükəsizlik Şurası və Baş Assambleyanın müvafiq qətnamələrinə zidd olaraq 1967-ci ildən işğal altında olan Suriyanın Qolan Təpələrindən geri çəkilməməsindən dərin narahatlığını” bildiriblər. 

91 ölkə qətnaməni dəstəkləyib, Azərbaycan daxil olmaqla 8 ölkə qətnamənin əleyhinə səs verib, 62 ölkə isə bitərəf qalıb.

Qolan təpələri Yaxın Şərqdə mübahisəli ərazidir. Onun böyük hissəsi İsrailin, şərq hissəsi isə Suriyanın nəzarətindədir. İsrail Qolan təpələrini 1967-ci ildə 6 günlük müharibə zamanı ələ keçirib. Daha sonra, 1973-cü ildə Suriya təpələrə nəzarəti bərpa etməyə cəhd etsə də, nəticəsiz qalıb. 1981-ci ildə İsrail nəzarət etdiyi əraziləri ilhaq edib.