Böyük Yeddiliyə (G7) daxil olan ölkələrin xarici işlər nazirləri Qəzzada atəşkəsin uzadılmasını və bütün girovların dərhal azad edilməsini istəyib.
Operativtv.com Toplum TV-yə istinadən xəbər verir ki, noyabrın 28-də Vaşinqtonda keçirilən görüşdə bununla bağlı birgə bəyanat qəbul edilib.
Sənədin qəbulundan əvvəl G7 ölkələrinin xarici işlər nazirləri İsrailin özünümüdafiə hüququnu tanıdıqlarını xüsusi qeyd ediblər. Həmçinin bəyanatda daimi atəşkəs çağırışı yoxdur.
“Biz yardım tədarükünü artırmaq və bütün girovların azad edilməsini təmin etmək üçün bu fasilənin daha da uzadılmasını və gələcək fasilələri dəstəkləyirik”, - sənəddə deyilir.
Həmçinin vurğulanır ki, mülki əhaliyə ərzaq, su, yanacaq və dərman tədarükü də daxil olmaqla humanitar yardım göstərmək üçün hər cür səy göstərilməlidir.
Böyük Yeddilik ölkələri Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiyadan ibarətdir. Bundan əlavə, Avropa İttifaqının mərkəzi orqanlarının rəhbərləri də G7-nin işində iştirak edirlər.
Böyük Yeddilik ölkələri Qəzzada atəşkəsin uzadılmasını istəyir