15 November 2023

Prezident Əliyev Mahmud Abbasa məktubda həmrəylik ifadə edib

Azərbaycan Prezidenti İlham Əliyev fələstinlilərin prezidenti Mahmud Abbasa 15 noyabr Milli Bayram münasibəti ilə təbrik məktubu göndərib.

Təbrikdə deyilir ki, 2022-ci ildə Azərbaycanın Fələstində diplomatik nümayəndəliyinin təsis edilməsi ikitərəfli əlaqələrin inkişafı istiqamətində atılmış müsbət addımdır.

“Tərəfimizdən Fələstində məktəbin inşa edilməsi məsələsi də gündəlikdədir,” Azərbaycan Prezidenti qeyd edib.

Azərbaycan boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib

Azərbaycan boksçusu Marjona Savriyeva Avropa çempionatının yarımfinalına yüksəlib.

Federasiyadan “Az.shafaqna.com“a verilən məlumata görə, 50 kq çəkidə mübarizə aparan idmançı Monteneqronun Budva şəhərində 22 yaşadək boksçular arasında keçirilən qitə birinciliyində buna nail olub.

O, 1/4 finalda belaruslu İrina Vinaradavanı 3:0 (30:26, 28:28, 30:26, 30:26, 28:28) hesabı ilə üstələyib. Marjona yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı təmin edib.

Böyük Britaniya BMT-də Azərbaycanı insan haqlarını pozduğuna görə tənqid edib

Böyük Britaniya noyabrın 14-də Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycanın universal dövri icmalının müzakirəsi çərçivəsində bəyanatla çıxış edib.

“Birləşmiş Krallıq Azərbaycanın universal dövri icmalı prosesində iştirakını və minalardan zərər çəkənlərin mühafizəsini gücləndirməsini alqışlayır. Biz Azərbaycanı münaqişədən sonra barışığı, xüsusən də məcburi köçkünlərin müdafiəsini inkişaf etdirməyə çağırırıq”, - bəyanatda deyilir.

Amerika İranın daha 10 milyard dollar pulunu qaytarır

“Freebeacon” xəbər saytı bir hesabatda Ağ Evin İranın bloklanmış mənbələrindən daha 10 milyard dolları azad etməyi nəzərdən keçirdiyini iddia edib.

Az.rasthaber.com xəbər verir ki, Amerikanın “Freebeacon” saytı ABŞ prezidenti Co Bayden administrasiyasının yəqin ki, bu gün sanksiyalardan azad olunmasını təsdiqləyəcəyini yazıb. Buna əsasən, İran İraqda bloklanmış aktivlərinin ən azı 10 milyard dollarına çıxış əldə edəcək.

“İran Qarabağın daim Azərbaycana məxsus olmasından yana olub" - Musəvi

"Qarabağda yaşayan ermənilərin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsi yalnız Azərbaycanın suverenliyi və qanunları çərçivəsində məna tapır".

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi bu gün “X” hesabında ölkəsinin Qarabağla bağlı prinsipal və daimi mövqeyini belə vurğulayıb.

ABŞ Azərbaycana hərbi və digər yardımların dayandırıldığını açıqladı

Birləşmiş Ştatlar Azərbaycana hərbi və digər yardımları dayandırdı, bəzi yüksək səviyyəli səfərləri ləğv etdi və Vaşinqton Bakıya Ermənistanla sülh danışıqlarında irəliləyiş əldə olunmayana qədər ikitərəfli münasibətlərin normallaşmayacağına işarə etdi.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen məlumat verib.

Rəsmi Tbilisi Ermənistana Gürcüstan vasitəsilə hərbi texnikanın daşınmasına belə reaksiya verdi

"İki dost və qardaş xalqla birlikdə bizim əsas məqsədimiz regionda sülh və sabitliyi təmin etməkdir".

Operativtv.com Aktual.ge-yə istinadən xəbər verir ki, bunu Gürcüstanın Xarici işlər İlya Darçiaşvili Birinci Kanalın efirində Ermənistan və Azərbaycan münasibətləri barədə sualı cavablandırarkən deyib.

Axundlar Birliyi bəyanat yayır

Axundlar Birliyinin irəli sürdüyü şərtlərin bir hissəsi Gürcüstan Müsəlmanları İdarəsi (GMİ) tərəfindən qəbul edilib və tərəflər arasında razılaşma olub.

Bu barədə Aktual.ge xəbər portalına Axundlar Birliyindən məlumat verilib.

Bildirilib ki, 8 noyabr tarixində irəli sürülən tələblər GMİ-nin dini rəhəbləri ilə görüşülüb, müzakirə edilib razılaşma əldə edilib.

Qazilərlə polislər arasında qarşıdurma yaşanıb

Paytaxtın Nəsimi rayonunda qazilərlə polislər arasında qarşıdurma yaşanıb.

Hadisə noyabrın 14-ü günorta saatlarında baş verib. Ceyhun Ağayev uzun müddətdir rəsmi qaydada parkinq xidmətləri göstərdiklərini bildirib. Lakin bu gün onlara AYNA-dan ərazini tərk etmələri bildirilib. Əraziyə gələn polislərlə mübahisələrinin düşdüyünü deyən qazilər xəsarət alıblar. 

ToplumTV-yə danışan Qadir Cəfərov bildirib ki, o da daxil olmaqla ümumilikdə 6 nəfər xəsarət alıb.

Keçmiş siyasi məhbus kimi tanınan fəal 3 ildir ki, iş tapa bilmədiyini deyir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Fuad Əhmədli 2016-ci ildə həbs olunub və 4 ildən sonra azadlığa buraxılıb. F.Əhmədli hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb. O, həbs olunmazdan əvvəl “Azerfon” mobil rabitə şəbəkəsində çalışıb. Azadlığa buraxılandan bəri isə işsiz olduğunu deyir: 

“Biz Qəzza müharibəsinə birbaşa müdaxiləni dini və humanitar bir vəzifə kimi görürük”

Yəmən Ənsarullah Hərəkatının Mətbuat və İnformasiya Naziri Əbdüsalam Cabir: “Biz Qəzza müharibəsinə birbaşa müdaxiləni dini və humanitar bir vəzifə kimi görürük. İşğal olunmuş ərazilərə raket zərbələri endirilməsi, bilavasitə müdaxiləsi dini, humanitar və milli borcumuz çərçivəsində, məzlumlara dəstək olmaq, məzlumun yanında olmaqla qiyamət günü Fələstindəki qardaşlarımız və uşaqlarımızın sırasında olmaq üçün həyata keçirilib.

“Daha ədalətli dünya nizamı qurulmalıdır”

 Qahirədə Rusiya Elm və Mədəniyyət Mərkəzində keçirilən "Müasir dünyanın insanı və dəyərləri" adlı universitetlərarası konfransda çıxış edən Rusiya Prezidentliyi yanında İnsan Hüquqları Şurasının prezidenti Valeri Fadeyev bildirib ki, hər bir xalqın müstəqil suverenlik və inkişaf hüququ var və bunun üçün daha ədalətli dünya nizamının qurmasına ehtiyac var.