"İki dost və qardaş xalqla birlikdə bizim əsas məqsədimiz regionda sülh və sabitliyi təmin etməkdir".
Operativtv.com Aktual.ge-yə istinadən xəbər verir ki, bunu Gürcüstanın Xarici işlər İlya Darçiaşvili Birinci Kanalın efirində Ermənistan və Azərbaycan münasibətləri barədə sualı cavablandırarkən deyib.
O qeyd edib ki, Gürcüstan bu prosesdə qərəzsiz oyunçu rolunu kifayət qədər uğurla həyata keçirir: "Ümumiyyətlə, Gürcüstan illərdir bu prosesdə həmişə bu təbii rolu öz üzərinə götürməyə çalışıb, baxmayaraq ki, bu, çox çətin, mürəkkəb münaqişə idi və bu, baş nazirin xüsusi səyləri, dövlət başçıları ilə şəxsi münasibətləri ilə baş verdi. İki ölkə arasında konkret nəticə, hər iki ölkə üçün qarşılıqlı faydalı razılaşma əldə etdik".
Nazirin sözlərinə görə, Ermənistan və Azərbaycan açıq şəkildə sülhün zəruriliyindən danışmağa, sülh sazişi imzalamağa başlayıblar.
“Biz bunu prezident İlham Əliyevin, baş nazir Paşinyanın Gürcüstana səfəri zamanı, həmçinin Azərbaycanın baş nazirinin Gürcüstana səfəri zamanı dəfələrlə eşitmişik", - XİN başçısı qeyd edib.
XİN rəhbəri Fransandan Ermənistana Gürcüstan vasitəsilə silahların göndərilməsi barədə xəbərlərə də münasibət bildirib. O deyib ki, Gürcüstan hər iki ölkəyə öz tranzit funksiyasından bərabər şərtlərlə istifadə etməsinə imkan verir. İlya Darçiaşvili hər bir ölkənin müdafiə qüvvələrinə malik olmaq hüququnun olduğunu vurğulayıb və əlavə edib ki, ölkələrin beynəlxalq razılaşmalarla qadağan edilməyən konvensional silah və sursatları əldə etmək hüququ var.
“Biz bunu Prezident Əliyevin, Baş nazir Paşinyanın və həmçinin, Azərbaycan Baş nazirinin Gürcüstana səfəri zamanı da dəfələrlə eşitmişik. Gürcüstan hər iki ölkəyə bərabər şəraitdə ölkəmizin tranzit funksiyasından istifadə etmək imkanı yaradır ki, bu imkanla da ölkəmizdən tranzit məqsədilə istifadə edilsin. Vurğulamaq istəyirəm ki, bu, bərabər şərtlər əsasındadır. İstənilən ölkənin müdafiə qüvvələrinə malik olmaq hüququ var. Söhbət beynəlxalq razılaşmalarla icazə verilən konvensional texnika və ya silahlardan gedirsə, istənilən ölkənin onu əldə etmək hüququ var. Gürcüstanın mövqeyi ondan ibarətdir ki, hər iki ölkəyə bərabər şəraitdə ölkəmizin malik olduğu tranzit funksiyadan istifadə etmək imkanı versin. Müvafiq olaraq, bu, bizim məsələyə cavabımızdır və bu mövzuda əlavə eyham və ya söz-söhbət yersiz olar”, - İlya Darçiaşvili qeyd edib.
Qeyd edək ki, bazar günü Fransa zirehli hərbi texnikasının Gürcüstandan keçərək Ermənistana aparılması barədə xəbərlər yayılıb. Noyabrın 11-dən 12-nə keçən gecə Gürcüstanın Poti limanında Ermənistan ordusuna tədarük edilməsi nəzərdə tutulan, “ACMAT Bastion” markalı çoxməqsədli zirehli maşınlar və müxtəlif hərbi avadanlıqlar yüklənərək göndərilib.
Rəsmi Tbilisi Ermənistana Gürcüstan vasitəsilə hərbi texnikanın daşınmasına belə reaksiya verdi