Türkiyədə fabrikdə partlayış olub, yaralılar var
Türkiyənin Hatay vilayətinin İskenderun rayonunda fəaliyyət göstərən Dəmir-Polad Fabrikində partlayış baş verib.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə “İHA” məlumat yayıb.
Türkiyənin Hatay vilayətinin İskenderun rayonunda fəaliyyət göstərən Dəmir-Polad Fabrikində partlayış baş verib.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə “İHA” məlumat yayıb.
Yəmən Ənsarullah Hərəkatının sözçüsü Fələstində baş verən hadisələrlə bağlı verdiyi açıqlamada vurğulayıb ki, sionist rejimin cinayətlərinin qarşısı alınmasa, bu rejim müsəlmanların qəzəb tufanı ilə üzləşəcək.
Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Buriram Yunayted” Asiya Çempionlar Liqasının Şərq zonasının qrup mərhələsinin növbəti oyununa çıxıb.
Unikal xəbər verir ki, komanda səfərdə Avstraliyanın “Melburn Siti” klubu ilə qarşılaşıb. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Şeydayev meydana 61-ci dəqiqədə daxil olub. Yeganə qolu 86-cı dəqiqədə penaltidən Qoran Çauşiç vurub.
8 Noyabr - Zəfər Günü münasibətilə Şuşa şəhərində möhtəşəm atəşfəşanlıq olub.
Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bayram atəşfəşanlığı Qarabağın, qədim Şuşanın səmasını al-əlvan rənglərə boyayıb.
Bu gün, 8 noyabr Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) Ali Dini Şurasının iclası baş tutub.
Bu barədə Aktual.ge xəbər portalına GMi-nin Ali Dini Şurasının sədri və şeyx seçkilərinin moderatoru Hacı Kamran Məmmədov məlumat verib.
ABŞ Senatındakı demokratlar İsrailə hərbi yardıma dair qanun layihəsini bloklayıblar.
Xəbər verilir ki, buna səbəb həmin layihədə Ukraynaya hərbi yardımın nəzərdə tutulmaması idi.
Bundan əvvəl prezident Co Bayden bu qanun layihəsinə veto qoyacağını demişdi.
Avropa İttifaqında 2030-cu ilədək ittifaqa qoşula biləcək yeni üzvlərdən bəhs edəndə, Türkiyədən söz düşmür.
Avropa İttifaqı çərşənbə günü namizəd ölkələrin Aİ normalarına doğru irəliləyişinə dair illik hesabatlarını dərc edərkən bütün gözlər Ukrayna və Moldovanın üzərində olacaq.
1999-cu ildən bəri rəsmi olaraq üzvlüyə namizəd Türkiyə demək olar ki, müzakirə edilməyəck. Amma bu hər zaman belə deyildi.
Bu günlər yekunlaşan məhkəmə qərarları növbəti günahsız inanclıya hökm oxudu. Bu ilin Apelin ayında saxlanılmış keçmiş hicab məhbusu Arif Fətəliyev saxta narkotik ittihamı ilə şübhəli bilinirdi. Günlərdir Bakı Ağır Cinayətlər Məhkəməsində inanclının baş tutan məhkəmə prosesi ötən gün onu müqəssir bilib. İnanclı Arif Fətəliyev məhkəmənin qərarı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.
UEFA Çempionlar Liqasında qrup mərhələsinin IV turuna bu gün yekun vurulacaq.
“Report”un məlumatına görə, A, B, C və D qruplarında növbəti oyunlar keçiriləcək.
Əfqanıstanın paytaxtı Kabilin şiə Xəzara məhəlləsində partlayış olub.
Kabil Polis Departamentinin sözçüsü Xalid Zədran, partlayışın şəhərin qərbində şiə Xəzara məhəlləsi olan Dəşti Bərçidə, mikroavtobusda baş verdiyini açıqlayıb.
Hadisə ilə bağlı istintaq başladıldığını bildirən Zədran, ilkin təsbitlərə görə 7 nəfərin öldüyünü, 20 nəfərin də yaralandığını bildirib.
Türkiyə İsraillə ortaq enerji layihələrini bağlayır.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Energetika Nazirliyinin rəhbəri Alparslan Bayraktar məlumat verib.
“Belə bir şəraitdə İsraillə layihələr həyata keçirməkdən danışmaq yersiz olardı. Müzakirə edilə biləcək yeganə məsələ Qəzzaya elektrik və su təchizatıdır”, - nazir A-para TV-də deyib.
Noyabr ayında Bayraktarın İsrailə səfər etməyi planlaşdırırdı.
HƏMAS Siyasi Bürosunun rəhbəri İsmail Haniyə Rəcəb Təyyib Ərdoğanla görüşmək üçün Türkiyəyə səfər edib.
Operativtv.com Unikal-a istinadən xəbər verir ki, Fələstin rəsmiləri HƏMAS liderlərinin çərşənbə axşamı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Türkiyəyə getdiyini bildiriblər.
Məlumatlı mənbələrin sözlərinə görə, görüş İsmayıl Haniyənin İrana son səfəri ilə bağlıdır və o, Qəzzada müharibənin siyasi və təhlükəsizlik nəticələrini müzakirə edib.
Qarabağ Dirçəliş Fondu bir kitabın nəşrinə 1,2 milyon manata yaxın vəsait ayırır.
Toplum Tv xəbər verir ki, bu barədə noyabrın 7-də Dövlət Satınalmalar Agentliyinin saytında məlumat dərc olunub.
Məlumata əsasən, “Qarabağın Dirçəlişi: Faciədən Zəfərə” adlı kitabın ərsəyə gəlməsi üçün “Media Prima Advertising Agency” adlı təşkilatla müqavilə bağlanıb. Sifarişin dəyəri 1 178 672 manatdır.
Bazar ertəsi yüzlərlə amerikalı yəhudi fəal Nyu-Yorkda Azadlıq heykəlini dinc yolla bağlayaraq akisya keçirib. Aksiyanın tələbi İsraildən atəşkəs və Qəzzada dinc əhaliyə qarşı "soyqırım bombardmanı"na son qoyulması olub.
Üzərində “Yəhudilər dərhal atəşkəs tələb edir” şüarları yazılmış qara köynək geyinmiş etirazçılar “Bütün dünya bunu izləyir” və “Fələstinlilər azad olmalıdır” yazılan plakatlar açıblar.
ABŞ-ın yüksək səviyyəli nümayəndəsi Amos Hoçstein ölkənin cənub sərhədində İsrail və Hizbullah arasında döyüşlərin şiddətləndiyi bir vaxt Livanın müvəqqəti baş naziri və parlament sədri ilə gərginliyi azaltmaq üçün çərşənbə axşamı Beyruta gözlənilməz səfər edib.
Hoçstein görüşdə deyib: “Birləşmiş Ştatlar Qəzzada münaqişənin Livana doğru genişlənməsini görmək istəmir. O, jurnalistlərin suallarını almayıb.