2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı.
2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın Baş naziri arasında Bəyanat imzalanıb. Bəyanata əsasən, 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan edilib.
Azərbaycanda Zəfər Gününün təsis edilməsi haqda prezidentin ilk fərmanı dekabrın 2-də verilmişdi. Bu sərəncama əsasən Zəfər Günü hər il noyabrın 10-da keçirilməli idi.
Lakin dekabrın 3-də preziden Zəfər Gününün tarixinin dəyişdirilməsi barədə qərar qəbul etdi. Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq qələbə - Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd edilməsi qərara alındı.
44 gün davam edən Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin 2908 hərbi qulluqçusu şəhid olub, 6 nəfər itkin düşmüş sayılır.
8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanda 8-12 noyabr tarixləri qeyri-iş günləri elan edilib.
Bu gün Azərbaycanda 8 Noyabr - Zəfər Günü qeyd olunur.