05 June 2023

Hindistan may ayında Rusiya neftinin alışını kəskin artırıb

May ayında Hindistana neft idxalının ümumi strukturunda Rusiya neftinin payı 45%-ə yüksəlib.

“Report” xəbər verir ki, bu barədə “Infotek” “Energy Intelligence” məlumatlarına istinadən xəbər verir.

Bu ilin əvvəlindən Hindistanın dövlət şirkətləri Rusiyadan təxminən 167 milyon barel və ya gündə 1,1 milyon barel yanacaq alıb.

İran Azərbaycanın səfər xəbərdarlığına münasibət bildirib

Operativtv.com Azadlıq Radiosuna istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani Azərbaycan XİN-in Azərbaycan vətəndaşlarına İrana səfərlər barədə xəbərdarlığına cavab olaraq Twitter-də yazıb.

O Bakının bu addımını İsrail prezidenti İsxaq Hersoqun bu yaxınlarda Azərbaycana səfəri ilə bağlayıb:

Tale Bağırzadə: “Aclıq aksiyasına başlayacağam”

“Qərara gəlmişəm ki, əgər günahsız şəxslərə qarşı həbs və işgəncələr dayandırılmazsa aclıq aksiyasına başlayım.”  Bu sözləri vəkili ilə görüşü zamanı ilahiyyatçı Hacı Tale Bağırzadə söyləyib. O, ardı kəsilmədən dinc insanlara qarşı kütləvi həbslər və bu həbslərlə yanaşı işgəncə faktlarına diqqət çəkərək aclığa başlamaqla etiraz etmək istədiyini bildirib.

Taliban Pakistanın sərhədyanı terror şikayətlərinin həlli üçün hərəkətə keçib

Əfqanıstandakı Taliban səlahiyyətliləri bazar günü minlərlə pakistanlı qaçqını sərhəd əyalətlərindən köçürmək planını açıqlayıb.

Talibanın baş sözçüsü Zabihullah Mücahid Amerikanın Səsinə telefonla bildirib ki, qaçqınlar hazırda Xost, Kunar və Əfqanıstanla bəzi sərhəd əyalətlərində yaşayır.

Azərbaycanın Cənubi Koreyadakı səfirliyinin sabiq maliyyə attaşesi 6 il həbsə məhkum edilib

Operativtv.com Amerikanın Səsinə istinadən xəbər verir ki, iyunun 5-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azərbaycanın Koreya Respublikasındakı Səfirliyində maliyyə məsələləri üzrə attaşe işləmiş Nəcib Osmanovu 6 il həbsə məhkum edib. Osmanovun barəsindəki başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilib və o məhkəmə zalında həbs olunub.

Sabiq attaşe külli miqdarda mənimsəmədə, vəzifə səlahiyyətlərindən sui-istifadədə, vəzifə saxtakarlığında günahladırılır.

Azərbaycanın xarici işlər naziri İran səfiri ilə görüşüb

İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşüb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, İranın Bakıdakı səfiri Seyid Abbas Musəvi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşüb.

Görüş zamanı ikitərəfli münasibətlərdəki son hadisələr müzakirə olunub.

Misirdə Əhli-Beyt (ə) məscidlərinin dağıdılması planı ilə bağlı şayiələr təkzib edilib

Misir hökuməti ölkə mediasında və sosial şəbəkələrdə Əhli-Beyt (ə) məscidlərinin dağıdılması planı ilə bağlı yayılan xəbərləri təkzib edib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Misir Nazirlər Şurası, bu ölkənin bəzi mediası və sosial şəbəkələri Əbdülfəttah Əs-Sisi hökumətinin investisiya layihələrinin xeyrinə Əhli-Beyt (ə) məscidlərinin dağıdılması və sökülməsi ilə bağlı hərtərəfli planın həyata keçirilməsi üçün nəşr etdiklərini təkzib edib.

Türkiyə Qara dənizdən keçən gəmilər üçün rüsumu artırdı

Türkiyə ticarət gəmilərinin Qara dənizin Bosfor və Dardanel boğazlarından keçməsinə görə rüsumları 8,3% artıracaq. 

"Unikal" Türkiyə mətbuatına istinadla xəbər verir ki, qərar iyulun 1-dən tətbiq olunmağa başlayacaq. 

Bildirilib ki, Montrö Boğazları haqqında Konvensiyaya uyğun olaraq, Türkiyə boğazlarından keçən gəmilərə tətbiq edilən vergi və rüsumlar 4,42 ABŞ dolları artıb.

"Nərmin işi"ndə təqsirləndirilən İlkin Süleymanova hökm oxundu

Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanova hökm oxunub.

Operativtv.com Unikal-a istindən xəbər verir ki, məhkəmə iclası hakim Dadaş İmanovun sədrliyi ilə keçirilib.

Hökmə əsasən, İ.Süleymanov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, prokuror çıxışında İ.Süleymanovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qriqoryan: İlin sonuna qədər sülh müqaviləsi bağlamaq şansımız var

"Kişineuda sərhədlərin delimitasiyası məsələsində müəyyən irəliləyiş əldə etmişik, məsələnin tamamilə həll olunduğunu deyə bilmərik, amma biz irəliləyirik". 

Toplum Tv "Novosti-Armeniya"-ya istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkəsinin ictimai televiziyasına açıqlamasında deyib.

Sərbəst güləşçilərimiz Qırğızıstanda dörd medal qazandılar

Operativtv.com Az.shafaqna.com-a istinadən verdiyi xəbərə görə, Qırğızıstanın paytaxtı Bişkekdə güləş üzrə reytinq seriyasının üçüncü mərhələsi başa çatıb.

Azərbaycan Güləş Federasiyası xəbər verir ki, yarışın sonuncu günündə 5 sərbəst güləşçimiz mübarizə aparıb. Onlardan dördü mükafatçılar sırasında yer alıb.

Azərbaycanda 107 min insan 'müasir kölə' kimi yaşayır

Operativtv.com Azadlıq Radiosuna istinadən xəbər verir ki, “Qlobal köləlik indeksi”nə dair yeni bilgilər açıqlanıb. Bu indeksi Beynəlxalq Əmək Təşkilatı, Walk Free Fondu və Beynəlxalq Miqrasiya təşkilatı hazırlayır. “Müasir köləlik” deyərkən, məcburi əməklə məşğul olmaq, borca işləmək, insan alverinin qurbanı olmaq, seksual istismar və eləcə də məcburi nikah halları nəzərdə tutulur.

Tailandın Qürur paradında iştirak edən baş naziri vəzifəsinə namizədi eynicinslilərin evliliyinə söz verib

Tailandın növbəti baş naziri vəzifəsinə namizəd bazar günü Banqkokda keçirilən Qürur paradına qatılaraq, baş nazir olacağı təqdirdə eynicinsli nikahlara və gender kimlik hüquqlarına icazə verəcək qanun qəbul edəcəyinə söz verib.

Minlərlə LGBTQ+ insanı, onların müttəfiqləri və siyasi liderləri ölkədə keçiriləcək ikinci rəsmi Qürur paradında Qürur ayını qeyd və gender bərabərliyini təbliğ etmək məqsədilə Banqkokun mərkəzindən keçib. Yürüş iştirakçıları göy qurşağı rəngli bayraqları dalğalandırıb.