Tale Bağırzadə: “Aclıq aksiyasına başlayacağam”

“Qərara gəlmişəm ki, əgər günahsız şəxslərə qarşı həbs və işgəncələr dayandırılmazsa aclıq aksiyasına başlayım.”  Bu sözləri vəkili ilə görüşü zamanı ilahiyyatçı Hacı Tale Bağırzadə söyləyib. O, ardı kəsilmədən dinc insanlara qarşı kütləvi həbslər və bu həbslərlə yanaşı işgəncə faktlarına diqqət çəkərək aclığa başlamaqla etiraz etmək istədiyini bildirib. İlahiyyatçı ona qarşı məkirli addımları da dilə gətirərək onu hər bir bəhanə ilə münaqişəyə çəkmək istədiklərini və bütün bu addımların arxasında onu yeniqən Qobustana göndəriləcəyi ilə bağlı plan olduğunu söyləyib.