23 November 2022

“Qazprom” və SOCAR perspektiv əməkdaşlıq məsələlərini nəzərdən keçirir

Bu gün Rusiyanın “Qazprom” neft-qaz şirkəti və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında qarşılıqlı fəaliyyətin cari və perspektiv məsələləri nəzərdən keçirilib.

Operativtv.com bu barədə Report-dan “Qazprom” şirkətinə istinadən xəbər verir.

Müzakirələr “Qazprom”un İdarə Heyətinin sədri Aleksey Miller ilə SOCAR prezidenti Rövşən Nəcəf arasında keçirilən işgüzar görüş çərçivəsində aparılıb.

Dünya çempionatı: Azərbaycanın şahmat millisi mübarizəni dayandırıb

Şahmat üzrə Azərbaycan millisi İsraildə təşkil olunan komandalararası dünya çempionatında mübarizəni dayandırıb.

Operativtv.com Report-a istinadən məlumatına görə, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Aydın Süleymanlı, Qədir Hüseynov və Vüqar Əsədlidən ibarət yığma 1/4 finalda İspaniya seçməsi ilə üz-üzə gəlib.

İlk görüş 2:2 hesabı ilə başa çatsa da, ikinci qarşılaşmada rəqibinə 1,5:2,5 hesabı ilə uduzan Azərbaycan millisi mundialla vidalaşıb.

VİP sədri Əli Əliyevin hüquqlarının müdafiəsi komitəsi mətbuat konfransı keçirib

Operativtv.com Amerikanın Səsi-nə istinadən xəbər verir ki, noyabrın 23-də Vətəndaş və inkişaf partiyasının sədri Əli Əliyevin hüquqlarının müdafiəsi komitəsi mətbuat konfransı keçirib.

Konfransda ötən gün Sabunçu rayon məhkəməsinin Əli Əliyev barəsində çıxardığı 3 il yarım azadlıqdan məhrum etmə cəzası müzakirə olunub.

Niderlandın İraqdakı səfiri İmam Əli (ə) ziyarətgahında

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, Niderlandın İraqdakı səfiri Yohannes Leendert Sande Nəcəfdə İmam Əli (ə) ziyarətgahında olub.

O türbənin tarixi yerlərini ziyarət edərək, bu şərəfə nail olduğu üçün xoşbəxt olduğunu bildirib.

Diplomat həmçinin ziyarətgahın zəvvarlar üçün daşıdığı mənəviyyat, əminlik və sülhə böyük hörmətini ifadə edib.

DTX polkovnik Babək Səmidlinin səs yazısı ilə bağlı araşdırma aparır

Vətən Müharibəsinin sonra minaya düşərək şəhid olan polkovnik, korpus komandirinin müavini Babək Səmidlinin səs yazı ilə bağlı araşdırma aparılır.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətində yayılması müxtəlif müzakirələrə və suallara yol açmış səs yazısı ilə bağlı araşdırmalara başlanılıb.

DTX Naxçıvanda əməliyyat keçirir - Saxlanılanlar var

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Naxçıvan Muxtar Respublikası Gömrük Komitəsində əməliyyat keçirib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, əməliyyat Naxçıvandakı sərhəd gömrük keçid məntəqələrində aparılıb. Saxlanılan şəxslərin olduğu qeyd olunur. Bildirilir ki, hazırda Naxçıvan MR-in sərhəd gömrük məntəqələrində də istintaq hərəkətləri aparılır.

ABŞ ordusu Suriya neftini qarət etməyə davam edir

ABŞ Suriya neftini qarət etməyə davam edir.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, oğurlanmış neftlə dolu neftdaşıyan maşınlar ABŞ hərçilərinin müşayiəti ilə Suriyanın şimal-şərqində yerləşən əl-Həsəkə əyalətini tərk edib.

Yerli əhalinin sözlərinə görə, neftlə dolu 44 neftdaşıyan maşın Mahmudiyyə qeyri-qanuni nəzarət-keçid məntəqəsindən keçərək İraq ərazisinə daxil olub.

İraq Parlamenti İran və Türkiyənin ölkənin şimalına hücumları barədə toplantı keçirir

“İran və Türkiyənin İraqın suverenliyini pozması davam edir və Parlament buna görə toplantı keçirir.”

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə SumariyaNews Agentliyi İraq Palamenti mənbələrinə istinadən məlumat yayıb.

Məlumatda deyilir:

“Siyasi partiyalar haqqında” qanun layihəsi MM-in plenar iclasına tövsiyə edilib

Bu gün Milli Məclisin İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclası keçirilib.

Operativtv.com APA-ya istinadən xəbərinə görə, birgə iclasda “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Hizbullah: İrandakı üsyançılar ABŞ və İsraildən əmr alırlar

Livan Hizbullahının baş katibinin müavini Şeyx Nəim Qasim çıxışında İran İslam Respublikasında baş verən son qarışıqlığa işarə edərək, ABŞ və İsrailin İslam Respublikasına qarşı şübhəli hərəkətlərini pisləyib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Livan Hizbullahının baş katibinin müavini Şeyx Nəim Qasim Tvitter səhifəsində yazıb:

Türkiyə, Rusiya və İran nümayəndə heyətləri Astanada 19-cu dəfə bir araya gəlib

Operativtv.com Az.shafaqna.com-a istinadən verdiyi xəbərə görə, Suriya böhranının həlli üçün qurulan Astana danışıqlarının qarantı olan Türkiyə, Rusiya və İranın nümayəndə heyətləri Qazaxıstanın paytaxtı Astanada 19-cu dəfə bir araya gəlib.

Danışıqlar Astanada bir oteldə Rusiya və Suriya hökumət nümayəndə heyətlərinin ikitərəfli görüşü ilə başlayıb.

Fələstinin bir sıra bölgələrində İsrail qüvvələri ilə silahlı qarşıdurma baş verib, ölənlər var

 İşğal altında olan İordan çayının qərb sahilində Nablus, Cenin, Ramallah və Qüds şəhərləri ərazisində silahlı qarşıdurmalar və toqquşmalarda ölənlər və yaralananlar var.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, Cenində bir İsraillinin cəsədi xəstəxanadan naməlum şəxslər tərəfindən oğurlanıb.

Qüdsdə iki ardıcıl partlayış baş verib, yaralananlar var

Qüdsdə İsrail qüvvələrinin nəzarətində olan avtobus dayanacağında iki ardıcıl partlayış baş verib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu gün səhər Qüdsün qərbində İsrail qüvvələrinin olduğu avtobus dayanacağında iki ardıcıl partlayış baş verib və burada 10 nəfər yaralanıb.

Onlardan ikisinin vəziyyəti ağırdır.

Erməni silahlıları Şuşa şəhəri və Tərtər istiqamətində mövqelərimizi atəşə tutub

Noyabrın 22-si saat 22:15-dən noyabrın 23-ü saat 01:15-dək Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu və Basarkeçər rayonunun Günəşli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun İstisu və Daşkəsən rayonunun Astaf yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.