Avropa Parlamenti Rusiyanı “terrorizmin sponsoru” kimi tanıyan qətnamə qəbul edib

 Avropa Parlamenti çərşənbə günü Strasburqda keçirilən iclasda Rusiyanın “terrorçuluğu himayə edən ölkə” kimi qeyd olunduğu qətnamə qəbul edib.

Operativtv.com SalamNews-a istinadən xəbər verdiyi xəbərə görə, sənədin mətni qurumun saytında dərc olunub. 

Qəbul edilmiş qətnamədə deyilir ki, “Rusiya terrorizmin sponsoru və terror üsullarından istifadə edən dövlət kimi tanınır”.

Avropa Parlamentinin qətnamələri heç bir hüquqi qüvvəyə malik deyil və məsləhət xarakteri daşıyır, lakin onlar konkret siyasi mövqelərin təşviqi və yayılması üçün Aİ-nin media və siyasi mühitində geniş istifadə olunur.