İraq Parlamenti İran və Türkiyənin ölkənin şimalına hücumları barədə toplantı keçirir

“İran və Türkiyənin İraqın suverenliyini pozması davam edir və Parlament buna görə toplantı keçirir.”

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə SumariyaNews Agentliyi İraq Palamenti mənbələrinə istinadən məlumat yayıb.

Məlumatda deyilir:

“Türkiyə və İranın İraq torpaqlarında davam edən qanun pozuntularından sonra Parlament müdaxilələri müzakirə etmək üçün qapalı iclas keçirir.”

Qeyd edək ki, bundan öncə İraq XİN Türkiyə və İranın addımını pisləyib, Tehran və Ankaranı hava və raket zərbələrini dayandırmağa, ölkənin suverenliyinə hörmət etməyə çağırıb.