İranda dini məkanlara hücumu planlaşdıran iki kamikadze ələ keçirilib

 Tehran əyalətində iki kamikadze ələ keçirilib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Tehran əyalətinin qərb bölgəsinin polis rəisi Keyvan Zuheyri məlumat verib.

Bildirilib ki, altı gün öncə Qüds rayonunda kamikadze terrorçuların hərəkətləri barədə məlumat daxil olub.

Məlumatların ardından terrorçuların yeri aşkarlanıb və qəfil əməliyyat həyata keçirilib.

Əməliyyat çərçivəsində rayonda dini məkanlarda partladılması nəzərdə tutulan yeddi kq partlayıcı maddə, tapancalar, onların patronları, səsboğucuları və digər sursatlar götürülüb.