Türkiyədə zəlzələdə 46 nəfər xəsarət alıb, üç rayonda dərslər təxirə salınıb

Türkiyənin Düzce rayonunda yerli vaxtla saat 04:09 radələrində baş verən 5,9 bal gücündə zəlzələdə 46 nəfər xəsarət alıb.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, xəsarət alanlardan birinin vəziyyəti ağırdır.

Yeraltı təkanlarda ölən olmadığını açıqlanıb.

Zəlzələ ilə əlaqədar Sakarya, Bolu və Düzcədə bu gün məktəblərdə dərs olmayacaq.