17 November 2022

Tale Bağırzadə Qobustan həbsxanasından köçürüləcək

Müsəlman Birliyi Hərəkatının başçısı, ilahiyyatçı Tale Bağırzadə Qobustan həbsxanasından köçürüləcək. Bu barədə Operativtv.com-a MBH-nin mətbuat xidmətindən məlumat verilib. Belə ki, noyabırın 26-sı ilahiyyatçının Qobustan qapalı tipli həbsxanasında çəkdiyi 7 illik həbs müddəti bitir. Bundan sonra o, ümumi ciddi rejimli həbsxanalardan birinə göndərilməlidir. Lakin katiblik dəqiq olaraq T. Bağırzadənin hansı həbsxanaya göndəriləcəyi ilə bağlı məlumata malik olmadığını bildirib.

Üç klub kənar şəxslərə, "Sumqayıt" futbolçusuna görə cərimələnib

AFFA İntizam Komitəsi "Sumqayıt" klubunu 2 400 manat məbləğində cərimələyib.

Operativtv.com Report-a istinadən məlumatına görə, buna "gənclik şəhəri" təmsilçisinin futbolçusu Vüsal İsgəndərlinin Şamaxıda eyniadlı komandaya 2:4 hesabı ilə uduzduğu Azərbaycan Premyer Liqasının XIV tur oyunundan sonra öz texniki zonasında olan oturacaqları qəsdən sındırması səbəb olub.

Lerikin icra başçısının birinci müavini vəzifəsindən azad edildi

Lerik Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini Cəlil Baxşıyev vəzifəsindən azad edilib.

Operativtv.com Report-a istinadən xəbər verir ki, o, öz ərizəsi ilə işdən çıxıb.Qeyd edək ki, 62 yaşlı C.Baxşıyev uzun illər Lerik RİH-də çalışıb. O, 1995-ci ildən RİH başçısının sosial-iqtisadi məsələlər üzrə müavini, 2007-ci ilin iyun ayından isə RİH başçısının birinci müavini vəzifəsində işləyib.

Livan parlamenti altıncı dəfə ölkə prezidentini seçə bilməyib

Livan parlamenti altıncı dəfə ölkə prezidentini seçə bilməyib. Parlamentin spikeri Nəbih Birri gələn cümə axşamı yeddinci sessiyanın tarixini təyin edib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, Livan prezidentinin seçilməsi üzrə sessiya bu gün ölkə Parlamentində, kvorum tamamlandıqdan sonra, plenar zalda 112 deputatın iştirakı ilə günorta saatlarında başlayıb.

Gələn il pensiyaların orta aylıq məbləğlərinin artım dinamikasına dair proqnoz açıqlanıb

“Əmək pensiyalarının orta aylıq məbləğinin 2020-ci ildə 302 manat, 2021-ci ildə 332 manat təşkil edib, 2022-ci ildə 371 manat təşkil edəcəyi gözlənilir. Əmək pensiyalarının orta aylıq məbləğinin 2023-cü ildə isə 423 manat təşkil edəcəyi proqnozlaşdırılır”.

Azərbaycandan AİHM-yə şikayətlərin sayı artır

Operativtv.com Turan-a istinadən xəbər verir ki, Azərbaycandan Avropa İnsan Hüquqları Məhkəməsinə müraciətlərin, habelə baxılması gözlənilən ərizələrin sayı artır. Bu barədə AİHM-nin Azərbaycanla bağlı qərarlarının Monitorinq Qrupunun rəhbəri, hüquqşünas Xalid Ağaliyev bildirib.

AİHM-nin statistik məlumatlarına əsasən, bu gün Azərbaycandan 2200 ərizəyə baxılması gözlənilir. Bu, əvvəlki illərdə olduğundan çoxdur.

AXCP fəalı polis bölməsində işgəncəyə məruz qaldığını bildirib

Operativtv.com Turan-a istinadən xəbər verir ki, Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Rövşən Məmmədov noyabrın 11-də etiraz aksiyasında saxlanıldıqdan sonra polis bölməsində işgəncəyə məruz qalıb. Bu barədə o, Binəqədidə İnzibati Həbs olunanların Saxlanma Məntəqəsində vəkili Nemət Kərimliyə danışıb.

Yunanıstan xarici işlər naziri Liviya hava limanında təyyarədən düşmədən geri qayıdıb

 Yunanıstanın xarici işlər naziri Nikos Dendias bu gün Liviyanın paytaxtında yerləşən Maitiqa hava limanına çatandan sonra təyyarədən düşmədən geri qayıdıb.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Liviya “Milli Birlik Hökuməti”nin (Tripoli) Xarici İşlər Nazirliyindən məlumat verilib.

Hüseyn Əmir Abdullahiyan: Bilin ki, İran Liviya və ya Sudan deyil

“İranın içində daxili müharibə yaratmaq istəyən, onu parçalamaq və xarabaya çevirmək istəyən kəşfiyyat qurumları, sionist rejimi, bəzi Qərb siyasətçiləri bilsinlər ki, İran Liviya və ya Sudan deyil.”

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan tvitter səhifəsində yazıb.

"ABŞ Çinə dünyanın ən güclü ordusu olmasına imkan verməyəcək" - Pentaqon

"Vaşinqton hərbi potensialını gücləndirməklə Çin ordusunun dünyanın ən güclü silahlı qüvvələrinə çevrilməsinə imkan verməyəcək".

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bunu ABŞ- ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milley brifinqdə bildirib:

"Biz dünyada birinci olacağıq və beş ildən sonra, on ildən sonra və əlli ildən sonra Çinin dünyada birinci olmasına imkan verməyəcəyik" 

İranda təhlükəsizlik qüvvələrinə 2 ayrı silahlı hücum: 7 ölü, 13 yaralı

Operativtv.com Rasthaber-ə istinadən xəbər verir ki, dünən İranın İsfahan vilayətində naməlum şəxslərin təhlükəsizlik qüvvələrinə atəş açması nəticəsində 2 nəfər həyatını itirib, 3 nəfər yaralanıb. İran mətbuatında yer alan xəbərə görə, Khane şəhərində şəxsiyyəti məlum olmayan iki motosiklet təhlükəsizlik qüvvələrinə atəş açıb. Hücum nəticəsində 2 nəfərin öldüyü, 3 nəfərin yaralandığı açıqlanıb.

Yunanıstan tərəfindən saxlanılan İran neft tankeri sərbəst buraxıldı

Operativtv.com Rasthaber-ə istinadən xəbər verir ki, İran Yunanıstan tərəfindən daşıdığı neftlə ələ keçirilən tankerinin ABŞ-ın tələbi ilə buraxıldığını açıqlayıb. Mövzu ilə bağlı İran Xarici İşlər Nazirliyindən yazılı açıqlama verilib. Açıqlamada bildirilib ki, İran və Yunanıstan arasında razılaşmadan sonra İran neftini daşıyan tanker 6 aydan sonra İrana qayıtmaq üçün Yunanıstanın ərazi sularını tərk edib.