Livan parlamenti altıncı dəfə ölkə prezidentini seçə bilməyib

Livan parlamenti altıncı dəfə ölkə prezidentini seçə bilməyib. Parlamentin spikeri Nəbih Birri gələn cümə axşamı yeddinci sessiyanın tarixini təyin edib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, Livan prezidentinin seçilməsi üzrə sessiya bu gün ölkə Parlamentində, kvorum tamamlandıqdan sonra, plenar zalda 112 deputatın iştirakı ilə günorta saatlarında başlayıb.

Səsvermənin nəticəsi belə açıqlanıb: Boş bülleten 46, siyasətçi Mişel Moavvad 43, Yeni Livan 9, İssam Xəlifə 7, Ziad Baroud 3, Süleyman Franca 1, Mişel Daher 1 və etibarsız kağız 2.

Nəbih Birri yetərli səs əldə edlmədiyindən respublika prezidentini seçmək üçün altıncı sessiyanı təxirə salıb və yeddinci iclası gələn cümə axşamına təyin edib.