"ABŞ Çinə dünyanın ən güclü ordusu olmasına imkan verməyəcək" - Pentaqon

"Vaşinqton hərbi potensialını gücləndirməklə Çin ordusunun dünyanın ən güclü silahlı qüvvələrinə çevrilməsinə imkan verməyəcək".

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bunu ABŞ- ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milley brifinqdə bildirib:

"Biz dünyada birinci olacağıq və beş ildən sonra, on ildən sonra və əlli ildən sonra Çinin dünyada birinci olmasına imkan verməyəcəyik" 

Onun sözlərinə görə, Çin bu sahədə ABŞ-ı ötmək istəyir.

Bundan əvvəl bildirilmişdi ki, yaxın 10 ildə Çinin nüvə arsenalının həcmi ən azı iki dəfə artacaq . Belə məlumatlar Pentaqonun ÇXR-in hərbi gücünə dair illik hesabatında dərc olunub.

Qeyd olunur ki, Çinin nüvə arsenalı nəinki həcmini artıracaq, həm də çatdırılma vasitələri modernləşdikcə təkamül edəcək.

Beləliklə, Pentaqon hesab edir ki, 10 ildən sonra ÇXR-in anbarında artıq Amerikanın təhlükəsizliyinə təhdid yarada biləcək 200 raket olacaq.