Tale Bağırzadə Qobustan həbsxanasından köçürüləcək

Müsəlman Birliyi Hərəkatının başçısı, ilahiyyatçı Tale Bağırzadə Qobustan həbsxanasından köçürüləcək. Bu barədə Operativtv.com-a MBH-nin mətbuat xidmətindən məlumat verilib. Belə ki, noyabırın 26-sı ilahiyyatçının Qobustan qapalı tipli həbsxanasında çəkdiyi 7 illik həbs müddəti bitir. Bundan sonra o, ümumi ciddi rejimli həbsxanalardan birinə göndərilməlidir. Lakin katiblik dəqiq olaraq T. Bağırzadənin hansı həbsxanaya göndəriləcəyi ilə bağlı məlumata malik olmadığını bildirib.

Xatırladaq ki, MBH başçısı Tale Bağırzadə 2015-ci il 26 noyabırda Nardaranda keçirilən əməliyyat zamanı həbs olunub. Bir çox ağır ittihamlarla cinayət işinə cəlb olunan ilahiyyatçı məhkəmə dövründə ittihamların əsassız olduğuna yetərincə sübutlar göstərə bilib. Bundan əlavə olaraq vəkil və hüquq müdafiəçilərinin böyük zəhməti məhkəmələrin sifarişli olmasını tam çılpaqlığı ilə nümayiş etdirmişdi. Lakin bütün bunlara baxmayaraq dövlət ittihamçısı sübuta yetməyən əsaslar üzərindən ilahiyyatçıya ömürlük həbs cəzası istəyib. Hakim isə 7 ilini Qobustan ciddi rejimli həbsxanada çəkməklə Tale Bağırzadəyə 20 il azadlıqdan məhrum etmə cəzası verib.

Artıq illərdir ki, Qabustan həbsxanasında tək şəxsli kamerada günahsız olaraq cəza çəkən Tale Bağırzada 26 noyabr tarixində Qobustanda olacağı 7 illik cəza müddətini bitirir.