Yunanıstan xarici işlər naziri Liviya hava limanında təyyarədən düşmədən geri qayıdıb

 Yunanıstanın xarici işlər naziri Nikos Dendias bu gün Liviyanın paytaxtında yerləşən Maitiqa hava limanına çatandan sonra təyyarədən düşmədən geri qayıdıb.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Liviya “Milli Birlik Hökuməti”nin (Tripoli) Xarici İşlər Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilib ki, Yunanıstanın xarici işlər naziri Nikos Dendias bu gün Liviyanın paytaxtına rəsmi dəvət əsasında gəlib, lakin o Tripolidə təyyarədən yerə düşmədən geri qayıdıb.

Məlumata görə Liviyanın “Milli Birlik Hökuməti”nin (Tripoli) xarici işlər naziri Nəcla əl-Manquş onu qarşılamaq üçün hava limanında olsa da yunanıstanlı qonaq təyyarədən düşməyib.

Liviya “Milli Birlik Hökuməti”nin (Tripoli) Xarici İşlər Nazirliyi bu addımı pisləyib və münasib cavab addımlarının atılacağını bəyan edib.