Argentina yoldaşlıq oyununda BƏƏ millisini 5 qolla darmadağın edib

Argentina milli komandası DÇ-2022 öncəsi yoldaşlıq oyununda qüvvəsini sınayıb.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, Lionel Skaloninin rəhbərlik etdiyi kollektiv Birləşmiş Ərəb Əmirlikləri ilə qarşılaşıb və 5:0 hesablı qələbə qazanıb.

Birləşmiş Ərəb Əmirlikləri - Argentina 0:5

Qollar: Julyan Alvares, 15, Anxel Di Mariya, 25, 36, Lionel Messi, 44, Xoakin Korrea, 60