Hüseyn Əmir Abdullahiyan: Bilin ki, İran Liviya və ya Sudan deyil

“İranın içində daxili müharibə yaratmaq istəyən, onu parçalamaq və xarabaya çevirmək istəyən kəşfiyyat qurumları, sionist rejimi, bəzi Qərb siyasətçiləri bilsinlər ki, İran Liviya və ya Sudan deyil.”

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan tvitter səhifəsində yazıb.

İranda ötən gün həyata keçirilən terror hücumuna toxunan Abdullahiyan Qərb siyasətçilərinə xitabən bildirib ki, İran Liviya və ya Sudan deyil.

O fikirlərini belə davam etdirib:

“Bu gün düşmənlər bütün İranı və onun kimliyini hədəfə alıblar. Xalqımızın agahlığı onları məyus edib”

Qeyd edək ki, ötən axşam İranın İzə və İsfahan şəhərlərində silahlıların polis və mülki insanlara avtomatlarla atəş açması nəticəsində 9 nəfər həlak olub və ondan çox yaralanıb. Ölənlər arasında uşaq və qadınlar da var.