Yunanıstan tərəfindən saxlanılan İran neft tankeri sərbəst buraxıldı

Operativtv.com Rasthaber-ə istinadən xəbər verir ki, İran Yunanıstan tərəfindən daşıdığı neftlə ələ keçirilən tankerinin ABŞ-ın tələbi ilə buraxıldığını açıqlayıb. Mövzu ilə bağlı İran Xarici İşlər Nazirliyindən yazılı açıqlama verilib. Açıqlamada bildirilib ki, İran və Yunanıstan arasında razılaşmadan sonra İran neftini daşıyan tanker 6 aydan sonra İrana qayıtmaq üçün Yunanıstanın ərazi sularını tərk edib. Tehran və Afina arasında əldə olunan razılaşmaya əsasən, mayın 27-də İranın Fars körfəzində ələ keçirdiyi Yunan bayrağı daşıyan iki gəmi Yunanıstanın İran tankerini ələ keçirməsindən sonra eyni vaxtda buraxılıb. Bildirilib ki, iki ölkə arasında əldə olunan razılaşma Yunanıstan hökuməti nümayəndələrinin bu gün Tehrana səfəri zamanı imzalanıb və tərəflər saziş çərçivəsində dəniz təhlükəsizliyinin yaxşılaşdırılması üçün lazımi əməkdaşlığı nəzərdən keçirəcəklər.

Xatırladaq ki, Yunanıstan mayın 25-də ABŞ-ın tələbi ilə İran neftini daşıyan “Lana” neft tankerini ələ keçirib və məhkəmə qərarı ilə gəminin daşıdığı neftə həbs qoyub. Mayın 27-də İran İnqilab Keşikçiləri Ordusu Yunanıstandan Fars körfəzində üzən “Prezident Warrior” və “Delta Poseidon” adlı 2 neft tankerini saxlayıb və tankerlərdən təxminən 1,8 milyon barel neft ələ keçirib.