İranda təhlükəsizlik qüvvələrinə 2 ayrı silahlı hücum: 7 ölü, 13 yaralı

Operativtv.com Rasthaber-ə istinadən xəbər verir ki, dünən İranın İsfahan vilayətində naməlum şəxslərin təhlükəsizlik qüvvələrinə atəş açması nəticəsində 2 nəfər həyatını itirib, 3 nəfər yaralanıb. İran mətbuatında yer alan xəbərə görə, Khane şəhərində şəxsiyyəti məlum olmayan iki motosiklet təhlükəsizlik qüvvələrinə atəş açıb. Hücum nəticəsində 2 nəfərin öldüyü, 3 nəfərin yaralandığı açıqlanıb. Bundan öncə dünən Xuzistan əyalətində iki motosiklet təhlükəsizlik qüvvələrinə atəş açmışdı.  Kalaşnikovla açılan atəş nəticəsində biri uşaq olmaqla 5 nəfər ölüb, 10 nəfər yaralanmışdı.

Beləliklə, eyni gündə baş verən 2 ayrı hücumda ölənlərin sayı 7-yə, yaralıların sayı isə 13-ə yüksəlib.