03 November 2022

Allahşükür Paşazadə Bəhreynə gedir, Roma Papası ilə görüşə bilər

Operativtv.com Report-a istinadən xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə noyabrın 3-də Bəhreyn Krallığına səfərə yola düşür, Roma Papası Fransisk ilə görüşə bilər.

Qurumdan verilən məlumata görə, səfər Bəhreyn Kralı Əlahəzrət Həməd bin İsa Əl Xəlifənin himayəsi altında noyabrın 3-4-də Müsəlman Ağsaqqallar Şurasının tərəfdaşlığı və Bəhreyn Krallığının ev sahibliyi ilə keçiriləcək Bəhreyn Beynəlxalq Dialoq Forumuna dəvət əsasında həyata keçirilir.

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

Operativtv.com Az.shafaqna.com-a istinadən verdiyi xəbərə görə, noyabrın 3-ü saat 20:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Bəzirxana yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən verilən məlumata əsasən, Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

İsrail qüvvələrinin İordan çayının qərbinə hücumunda dörd fələstinli həyatını itirib

İsrail qüvvələrinin bu gün (işğal altında olan) İordan çayının qərb sahilindəki hücumlarında dörd fələstinli həyatını itirib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, Səhiyyə Nazirliyi bu gün Ceninə hücumda 28 və 26 yaşlı iki gənc fələstinlinin güllə yarasından həyatını itirdiklərini bildirib.

İmran Xana sui-qəsd olub: O, ayağından yaralanıb – (yenilənib)

 

Pakistanın keçmiş Baş naziri İmran Xana sui-qəsdə cəhd olub. Silahlı şəxs İmran Xana Vəzirabadda mitinqdə tərəfdarlar qarşısında çıxış edərkən atəş açıb.

Məlumata görə, İmran Xan ayağından yaralanıb. Sabiq baş nazirin vəziyyəti qənaətbəxşdir.

İmran Xana hücum edən şəxsin qətlə yetirildiyi bildirilib.

Yerli mənbələrin məlumatına görə, hadisə nəticəsində daha 4 nəfər yaralanıb.

DSX-nin əsgəri özünü güllələdi

Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri özünü güllələyib.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbərinə görə, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, DSX-nin Sərhəd Qoşunlarının N saylı hissəsinin əsgəri Baxşəliyev Onur Nazim oğlunun istifadəsində olan silahla özünə atəş açması nəticəsində xəsarət yetirməsi faktı ilə bağlı hazırda Lənkəran Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb.

Suriya Ordusunun cənubda həyata keçirdiyi əməliyyatda səkkiz silahlı zərərsizləşdirilib

Suriya Ordusunun ölkənin cənubunda yerləşən Dəra əyalətinin müxtəlif bölgələrində apardığı hərbi əməliyyatda azı səkkiz terrorçu zərərsizləşdirilib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Suriyada hərbi mənbələr məlumat veriblər.

UNESCO: Jurnalist qətllərinin əksəriyyəti cəzasız qalır

Operativtv.com Amerikanın Səsi-nə istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının çərşənbə günü verdiyi məlumata görə, dünyada jurnalistlərin qətlə yetirilməsi hallarının böyük əksəriyyəti cəzasız qalır.

BMT-nin mədəniyyət təşkilatı olan UNESCO-nun məlumatında media ilə bağlı məsələlər öz əksini tapıb. "Jurnalistlərin öldürülməsinə görə cəzasızlıq 86 faizlə qəbuledilməz dərəcədə yüksək olaraq qalır" - deyə, təşkilat bildirib.

Ayətullah İsa Qasim: Bəhreyn xalqı hər tərəfdən təzyiq altındadır

Operativtv.com Rasthaber-ə istinadən xəbər verir ki, Bəhreyn şiələrinin ali lideri Ayətullah Şeyx İsa Qasim bu ölkənin xalqı hər tərəfdən təzyiq altında olması və Ali Xəlifənin "Birgə həyat" mövzusunda konfransı Bəhreyn xalqının sıxışdırılmasının və sionist rejimlə münasibətlərin normallaşdırılması kölgəsində keçirildiyini bildirib.

Rusiya: ABŞ və Böyük Britaniya İŞİD-in Əfqanıstan qanadını gücləndirməyə kömək edir

Operativtv.com Rasthaber-ə istinadən xəbər verir ki, Rusiyanın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov bəyan edib ki, ABŞ və Britaniya İŞİD-in Əfqanıstan qanadını gücləndirməyə kömək edib və Talibanı Rusiya və Çindən uzaqlaşdırmaq üçün hava zərbələri ilə şantaj edib.

İsraildə keçirilən parlament seçkilərinin ilkin nəticələri açıqlanıb

İsraildə keçirilən knesset (parlament) seçkilərinin ilkin nəticələri açıqlanıb.

Operativtv.com Report-a istinadən xəbər verir ki, İsrail Mərkəzi Seçki Komissyası səslərin 90 faizinin sayıldığına dair noyabrın 3-də məlumat yayıb.

Məlumata görə, 4 360 800 bülleten, ümumi səslərin 90 faizi sayılıb.

Mahir Emreli tarixə düşdü

Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi "Dinamo" (Zaqreb, Xorvatiya) Çempionlar Liqasının qrup mərhələsində son - 6-cı tur oyununa çıxıb.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, Zaqreb təmsilçisi səfərdə "Çelsi" ilə qarşılaşıb. Oyun London klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. Mahir matçın 70-ci dəqiqəsində meydana çıxıb.

“Pir Hüseyn Xanəgahı”nda ağacəkmə aksiyası təşkil olunub

Hacıqabul rayonunda yerləşən “Pir Hüseyn Xanəgahı” Tarix-Memarlıq Qoruğunda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası təşkil olunub.

Bu barədə Operativtv.com APA-ya istinadən Dövlət Xidmətindən bildirilib.