Rusiya ilə Ukrayna arasında əsirlərin növbəti mübadiləsi baş tutub

Bu gün Rusiya ilə Ukrayna arasında hərbi əsirlərin növbəti mübadiləsi baş tutub.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, Ukraynada əsirlikdə saxlanılan 107 Rusiya hərbçisi azad olunub.

Azad olunmuş hərbçilər müalicə və reabilitasiya üçün Moskvaya göndəriləcəklər.

Rusiyanın da Ukrayna tərəfinə 107 hərbçini qaytardığı bildirilir. Onlardan 74-ü "Azovstal" zavodunun müdafiəçiləri, o cümlədən 3-ü Azov alayının döyüşçüləridir.