Çin və Rusiya ABŞ-ın BMT-də İranla bağlı qaldırdığı məsələyə qarşı çıxıblar

 ABŞ və Albaniyanın təklifi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-rəsmi iclasında İrana qarşı qaldırılan məsələ Çin və Rusiya tərəfindən pislənilib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, İranın BMT-də Qadınlar üzrə komissiyadan çıxarılması ilə bağlı ABŞ və Albaniyanın Təhlükəsizlik Şurasının qeyri-rəsmi iclasında qaldırdıqları məsələ Çin və Rusiya tərəfindən qəbul edilməyib.

Çin və Rusiya nümayəndələri İrandakı etirazların daxili məsələ olduğunu bildiriblər.

Eyni zamanda ABŞ-ın vitse-prezidenti Kamala Harris İranın BMT-də Qadınlar üzrə komissiyasından çıxarılması üçün addımların atılacağını bildirib.

ABŞ hökuməti İranda "qadınların hüquqlarının qorunması" üçün lazımi addımların atılmasınn davam etdiriləcəyini deyib.