Ərəb Dövlətləri Liqasının yekun bəyanatı açıqlanıb

Ərəb Dövlətləri Liqasına üzv ölkələrin Əlcəzairdə keçirilən 31-ci zirvə sammitinin yekun bəyanatı verilib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, Əlcəzair bəyannaməsi adlanan bəyanatda Fələstin məsələsinə daha çox yer verilib.

İşini “Əlcəzair Bəyannaməsi” ilə yekunlaşdıran Ərəb Sammiti Fələstin xalqının hüquqlarına, o cümlədən onların azadlıq və öz müqəddəratını təyin etmə hüququna, paytaxtı Şərqi Qüds olmaqla Fələstin Dövlətinin yaradılmasına təkidlə yanaşıb və bu zəmində ərəblərin kollektiv fəaliyyətin zəruriliyini vurğulayıb.

Bu bəyanatda ərəb dövlətlərindən Ukrayna məsələsində bitərəf olmaq tələb edilib.

Yaxın Şərqdə kütləvi qırğın silahlarının olmaması, Liviya münaqişəsinin nizamlanması, ölkənin müstəqilliyi və suverenliyi üçün Liviya daxili danışıqların aparılması və seçkilərin tez bir zmanda keçirilməsi, Yəməndə “legitim hökuməti dəstəkləmək” və burada “Ali Rəyasət Şurası”nın yaradılması təklifinin verilməsi, İsraildən Qəzzanı mühasirədə saxlamağa və İordan çayının qərbində fələstinlilərə qarşı zorakılığa son qoymaq tələbi və sair məsələlər yer alıb.