Mahir Emreli tarixə düşdü

Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi "Dinamo" (Zaqreb, Xorvatiya) Çempionlar Liqasının qrup mərhələsində son - 6-cı tur oyununa çıxıb.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, Zaqreb təmsilçisi səfərdə "Çelsi" ilə qarşılaşıb. Oyun London klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. Mahir matçın 70-ci dəqiqəsində meydana çıxıb.

Yığmamızın hücumçusu xarici klublarda çıxış edib Çempionlar Liqasının qrup mərhələsində oynayan ilk azərbaycanlı futboçu kimi tarixə düşüb.

Qeyd edək ki,  "Dinamo" 4 xalla qrup sonuncusu olub. "Çelsi" ilə "Milan" isə 1/8 finala yüksəlib.