İsrail qüvvələrinin İordan çayının qərbinə hücumunda dörd fələstinli həyatını itirib

İsrail qüvvələrinin bu gün (işğal altında olan) İordan çayının qərb sahilindəki hücumlarında dörd fələstinli həyatını itirib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, Səhiyyə Nazirliyi bu gün Ceninə hücumda 28 və 26 yaşlı iki gənc fələstinlinin güllə yarasından həyatını itirdiklərini bildirib.

Həmçinin bu gün səhər Qüdsün şimalında Beyt-Daqu və Beyt-Hanina qəsəbəsində 42 və 20 yaşlı fələstinlilərin İsrail qüvvələrinin atəşi nəticəsində həyatını dəyişdirdikləri açıqlanıb.

Bu hücumlarda 10-a yaxın fələstinli yaralanıb.

Qeyd edək ki, son aylarda işğal altında olan İordan çayının qərb bölgələrində vəziyyət gərginləşib.