İsraildə keçirilən parlament seçkilərinin ilkin nəticələri açıqlanıb

İsraildə keçirilən knesset (parlament) seçkilərinin ilkin nəticələri açıqlanıb.

Operativtv.com Report-a istinadən xəbər verir ki, İsrail Mərkəzi Seçki Komissyası səslərin 90 faizinin sayıldığına dair noyabrın 3-də məlumat yayıb.

Məlumata görə, 4 360 800 bülleten, ümumi səslərin 90 faizi sayılıb.

Bildirilib ki, “Likud” Partiyası səslərin 23,40 faizini, yaxud 31 mandat, “Yeş Atid” 17,8 faiz, 24 mandat, “Sionut Datit” 10,4 faiz, 14 mandat, “Maxane Mamlaxati” 8,93 faz, 12 mandat, ŞAS 8,36 faiz, 12 mandat, “Yaadut a-Tora” 6,07 faiz, 9 mandat, “Evimiz İsraildir” 4,38 faiz, 5 mandat və s. qazanıb.

Keçmiş Baş nazir Binyamin Netaniyahunun başçılıq etdiyi koalisiyanın yenidən hökumətə başçılıq edəcyi ehtimalı çoxdur. Onun başçılıq etdiyi “Likud” Partiyasının “Sinonist Datit”lə koalisiya yaradacağı gözlənilir. Təhlillərə əsasən, 6 aylıq müxalifətdən sonra Binyamin Netaniyahu yenidən Baş nazir olacaq.

Xatırladaq ki, noyabrın 1-də İsraildə Knessetə növbədənkənar seçkilər keçirilib.

Məlumata görə, ölkədə 6 788 804 vətəndaş səs vermək hüququna malikdir. Son seçkilərdən sonra seçicilərin sayı 210 720 nəfər artıb (3,2 faiz). Ölkə üzrə 12 495 seçki məntəqəsi fəaliyyət göstərib.

Qeyd edək ki, daha əvvəl 24-cü çağırış parlament seçkiləri 2021-ci il martın 23-də keçirilib və 2022-ci il iyunun 20-də Naftali və Yair Lapidin qurduğu koalisiya hökumətinin süqutundan sonra buraxılıb. Bu siyasi kampaniyada 120 deputat seçilib. 23-cü çağırış parlamenti isə 2020-ci il dekabrın 23-də buraxılıb.