Suriya Ordusunun cənubda həyata keçirdiyi əməliyyatda səkkiz silahlı zərərsizləşdirilib

Suriya Ordusunun ölkənin cənubunda yerləşən Dəra əyalətinin müxtəlif bölgələrində apardığı hərbi əməliyyatda azı səkkiz terrorçu zərərsizləşdirilib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Suriyada hərbi mənbələr məlumat veriblər.

Bildirilib ki, oktyabr ayının 30-dan başlayaraq Dəra əyalətinin müxtəlif bölgələrində həyata keçirilən əməliyyat nəticəsində səkkiz terrorçu zərərsizləşdirilib və daha 15-i ələ keçirilib.

Qeyd edək ki, silahlılar ötən ay bir neçə dəfə Dəra əyalətində qəfil terror hücumları həyata keçirmiş və partlayışlar törətmişdilər.

Dəra əyalərində olan radikal qruplaşmalar 2017-2018-ci ilin əməliyyatlarında mühasirəyə düşdükdən sonra bölgəni yalnız yüngül silahları ilə birgə tərk edib, İdlibə getməyə razılıq vermişdilər.