İmran Xana sui-qəsd olub: O, ayağından yaralanıb – (yenilənib)

 

Pakistanın keçmiş Baş naziri İmran Xana sui-qəsdə cəhd olub. Silahlı şəxs İmran Xana Vəzirabadda mitinqdə tərəfdarlar qarşısında çıxış edərkən atəş açıb.

Məlumata görə, İmran Xan ayağından yaralanıb. Sabiq baş nazirin vəziyyəti qənaətbəxşdir.

İmran Xana hücum edən şəxsin qətlə yetirildiyi bildirilib.

Yerli mənbələrin məlumatına görə, hadisə nəticəsində daha 4 nəfər yaralanıb.

 

**************************************

Pakistanın keçmiş Baş naziri İmran Xana qarşı sui-qəsd olub.

Operativtv.com Report-a istinadən xəbər verir ki, bu barədə Pakistan mətbuatı yazıb.

Hadisə nəticəsində onun yaralandığı bildirilir.

Hadisənin təfərrüatı hələ ki, məlum deyil.