Qazaxıstanda şaxtada qaz sızması baş verib, ölənlər var

 

Operativtv.com APA-ya istinadən xəbər verir ki, Qazaxıstanın Karaqanda vilayətindəki şaxtada qazsızması olub. Bu barədə ölkə Fövqəladə Hallar Nazirliyinin rəsmi nümayəndəsi Ruslan İmankulov məlumat verib. “Mövcud ilkin məlumata görə, noyabrın 3-də, təxminən, səhər saat 3 radələrində Şaxtinsk şəhərində “ArselorMittal Temirtau” SC-nin Lenin adına mədənində qaz-drenaj quyularında qazma işləri aparılarkən qəfil qazsızması baş verib. Hadisə 5 işçinin ölümünə səbəb olub, digər işçinin axtarışları davam edir. Daha 4 işçi xəstəxanaya yerləşdirilib”, - deyə məlumatda qeyd olunub.

Hadisə ilə bağlı 106 nəfərin təxliyə edildiyi bildirilib.