Balidə ABŞ prezidenti Co Bayden və Çin lideri Si Tsinpin arasında görüş başlayıb

ABŞ prezidenti Co Bayden və Çin prezidenti Si Tsinpin arasında İndoneziyanın Bali adasında diplomatik görüş başlayıb. Burada noyabrın 15-dən 16-dək G20 sammiti keçiriləcək. 

Operativtv.com SalamNews-a istinadla xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.  

Ağ Ev rəsmilərinin verdiyi məlumata görə, Bayden Si Tsinpini ölkələr arasında dialoqu bərpa etməyə dəvət etməyi, həmçinin dünya siyasətində nəzarət və tarazlıq sistemini dəstəkləməyə razılıq verməyi planlaşdırır. 

Ağ Ev rəsmilərinin sözlərinə görə, Bayden Si Tsinpini ölkələr arasında dialoqun bərpası ilə bağlı təklif verməyi, o cümlədən dünya siyasətində nəzarət və tarazlıq sisteminin saxlanmasına dair razılıq əldə etməyi planlaşdırır. 

Bayden daha öncə bildirib ki, Birləşmiş Ştatlar vəziyyəti birbaşa münaqişəyə gətirməyərək, Çinlə fəal rəqabət aparmaq niyyətindədir. 

"Birləşmiş Ştatlar açıq ünsiyyət kanallarını qoruyaraq və rəqabətin münaqişəyə çevrilməməsini təmin etməklə, ÇXR ilə fəal rəqabət aparacaq və ÇXR-də insan haqları pozuntuları barədə danışacaq", deyə prezident qeyd edib.