'Biz yenə də qanuni vasitələrdən istifadə edəcəyik''
Həbsdə olan AXCP üzvü Babək Həsənovun ailəsi Penitensiar Xidmətin Əməliyyat-rejim idarəsinin rəisi Mirsaleh Seyidovun müraciətlərinə verdiyi cavabdan razı deyil.
Bu barədə Meydan TV-yə Babək Həsənovun qardaşı Cavid Həsənov deyib.
Ailəyə göndərilən məktubda həm də İnsan Hüquqları üzrə Ombudsmanın Babək Həsənovla görüşə və telefon danışıqlarına icazə verilməməsi haqda müraciətinə baxıldığı qeyd edilir. Eyni zamanda, Babək Həsənovla “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanununa müvafiq davrandığı bildirilir.
Cavid Həsənov cavab məktubunda yazılan “araşdırma zamanı müəyyən edilmişdir ki, həbsdə saxlanılan Babək Həsənovun görüş və telefon danışığı hüququna təcridxana rəhbərliyi tərəfindən heç bir məhdidiyyət qoyulmur” cümləsinin ikimənalı olduğunu söyləyir:
“Burdan belə anlaşılır ki, Penitensiar Xidmət tərəfindən heç bir qadağa yoxdur, yəni onlarlıq heç nə yoxdur, qadağa yuxarıdan qoyulub, istintaq orqanına müraciət edin. Mən istintaq qrupunun rəhbəri Sənan Paşayevlə iki dəfə görüşmüşəm, o da görüş və telefon danışığına problem yaratmadığını deyir. O zaman bəs niyə görüşə və telefonla danışa bilmirik?! Biz yenə də qanuni vasitələrdən istifadə edəcəyik”.
Cavid Həsənov bildirib ki, avqustun 13-də Nəsimi Rayon Məhkəməsində onların bu barədə şikayətinə baxılacaq.
Mayın 26-da Respublika Prokurorluğu ilə DİN-in yaydığı birgə məlumatda deyilir ki, Saleh Rüstəmov, Vidadi Rüstəmli, Aqil Məhərrəmov, Ruslan Nəsirov, Babək Həsənov, Eltac Əlisoy Cinayət Məcəlləsinin 192.3.2-ci (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq—üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) dörd misli miqdarında cərimə və ya beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır), 193-1.3.1-ci və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, -cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç mislindən beş mislinədək miqdarda cərimə və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.) və sair maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, barələrində məhkəmənin qərarları ilə həbs-qətimkan tədbiri seçilib. İstintaqdan gizləndiyi üçün Eltac Əlisoy barəsində axtarış elan edilib.
Babək Həsənovun ailəsi Penitensiar Xidmətin cavabından razı deyil

Oxşar xəbərlər