Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putinin danışıqlarının yekunlarına görə 16 sənəd imzalanıb. RF prezidentinin mətbuat xidmətinin məlumatına görə, aşağıdakı sənədlər imzalanıb:
1. Rusiya və Azərbaycan prezidentlərinin birgə bəyanatı.
2. Rusiya Federasiyası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında 2024-cü ilə qədər əməkdaşlıq Proqramı.
3. Rusiya-Azərbaycan əməkdaşlığının əsas istiqamətlərinin inkişafı üzrə fəaliyyət planı (5 "yol xəritəsi").
4. Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi arasında iqtisadi əməkdaşlığın inkişafı haqqında saziş.
5. Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi arasında daşınmaz əmlak hüququnun qeydiyyatı və kadastr fəaliyyəti sahəsində əməkdaşlıq haqqında saziş.
6. Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi arasında sənaye sahəsində əməkdaşlığın möhkəmləndirilməsi haqqında saziş.
7. Rusiya Federasiyası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında elektrik ötürücü xətlər və boru kəməri nəqliyyatı ilə daşınan mallara gömrük nəzarəti haqqında saziş.
8. Rusiya Federasiyası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında saziş.
9. Rusiya Federasiyası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında idman sahəsində əməkdaşlıq haqqında saziş.
10. Rusiya Federasiyası Hökuməti və Azərbaycan Respublikası hökuməti arasında rəqəmsal nəqliyyat sistemləri sahəsində əməkdaşlıq haqqında memorandum.
11. Malların hava nəqliyyatı ilə daşınması ilə bağlı gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində qarşılıqlı fəaliyyət haqqında protokol.
12. Rusiya Federasiyasından ixracın QPB Bank (SC) tərəfindən dəstəklənməsi sahəsində layihələrin birgə həyata keçirilməsi çərçivəsində SOCAR, "RES" SC və QPB Bank (SC) arasında strateji əməkdaşlıq haqqında saziş.
13. "QAZ Avtomobil zavodu" və "Azərmaş" ASC arasında Azərbaycanda QAZ ticari avtomobillərinin yığım istehsalının inkişafı sahəsində əməkdaşlıq haqqında saziş.
14. Qoşadaş blokunun və Xəzər Dənizinin dibinin Azərbaycan hissəsində yerləşən Abşeron yarımadasının azsulu şimal hissəsinin neft və qaz potensialının birgə araşdırılması haqqında saziş.
15. "Rosneft" NŞ İSC və SOCAR Trading S.A. arasında müqavilə.
16. "Kiçik və orta sahibkarlığın inkişafı üzrə Federal Korporasiya" səhmdar cəmiyyəti və "Azərbaycan Respublikası kiçik və orta sahibkalığın inkişafı Agentliyi" publik hüquqi şəxsi arasında Qarşılıqlı Anlaşma Memorandumu çərçivəsində tədbirlərin həyata keçirilməsi üzrə Tədbirlər Planı ("yol xəritəsi").
Turan
Azərbaycan və Rusiya arasında 16 sənəd imzalanıb

Oxşar xəbərlər