Azərbaycan-ABŞ danışıqları: Əlaqələr bərpa olunur

Prezident İlham Əliyev dekabrın 6-da ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Braynı qəbul edib.

Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Görüşdə ABŞ-Azərbaycan münasibətləri ilə yanaşı Azərbaycan-Ermənistan sülh gündəliyinə də toxunulub.

Azərbaycanın regional sülh gündəliyini dəstəklədiyini vurğulayan İlham Əliyev bildirib ki, münaqişə başa çatandan və Azərbaycan suverenliyini tam şəkildə bərpa edəndən sonra sülhün bərqərar olunması üçün tarixi imkanlar yaranıb və ABŞ da yeni reallıqlar nəzərə alınaraq bu prosesə öz töhfəsini verə bilər.

Görüşdə həmçinin enerji, logistika və s. iqtisadi məsələlərə də toxunulub.

Bildirilib ki, Ceyms O’Brayn öz növbəsində ABŞ ilə Azərbaycan arasında əlaqələrin dərin köklərə malik olduğunu və ölkələrimizin yaxşı tərəfdaşlar olduqlarını vurğuladı.

O, ABŞ-Azərbaycan münasibətlərində gələcəyə baxışın vacibliyini bildirib.

Görüşdə həmçinin ikitərəfli münasibətlərin irəli aparılması üçün qarşılıqlı səfərlərin bərpa edilməsi müsbət addım kimi dəyərləndirilib.

 

Toplum TV