Məscidi-Aksa satın alınır

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanın İsrailin nəzarətində olan Qüdsdə Məscidi-Aksanın ətrafındakı mülkləri almaq üçün səy göstərdiyi məlum olub.

“Arap21” xəbər verir ki, məscidin yanındakı binanın alınması və Qüdsdə Səudiyyə-BƏƏ birgə mərkəzi açılması gözlənilir.

Mərkəz Qüdsdəki İslam Fonduna paralel şəkildə işləyəcək.

Qüdsdəki mənbələr Səudiyyə Ərəbistanı və BƏƏ-nin İordaniyadan Məscidi- Aksanın məsuliyyətini almağa çalışdığını iddia edir. Onlar İordaniyanı ABŞ-ın “Əsrin müqaviləsi”ni qəbul etmək üçün sıxışdırırlar.

ABŞ-ın tərəfdarları olan Körfəz ölkələri Fələstin dövlətinin rəhbərliyinə Fəth lideri Məhəmməd Dahlanı gətirmək istəyirlər. Daha əvvəl onun İsrail üçün Məscidi-Aksa yaxınlığında əraziləri satın almağa başladığı bildirilmişdi.