Daha bir ölkə səfirliyi Qüdsə köçürməyə qərar verdi

Slovakiya Təl-Əvivdə yerləşən səfirliyinin Qüdsə köçürülməsi qərarına gəlib.

Axar.az xəbər verir ki, bu barədə İsraildə rəsmi səfərdə olan Slovakiya parlamentinin spikeri Andrey Danko danışıb.

Danko Qüdsdə Slovak Mədəniyyət Mərkəzi açacaqlarını da bildirib.