Qüdsdə ABŞ səfirliyi bu tarixdə açılacaq

ABŞ-ın İsrail səfirliyi 14 may tarixində Tel-Əvivdən Qüdsə köçürüləcək.
 
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, prosesə ABŞ-ın İsraildəki səfiri Deyvid Fridmen rəhbərlik edəcək. ABŞ dövlət katibinin köməkçisi Con Sallivan, xəzinə naziri Stiven Mnuçin, ABŞ prezidenti Donald Trampın məsləhətçisi və kürəkəni Cared Kuşner, qızı İvanka Tramp da mərasimdə iştirak edəcək.
 
Qeyd edək ki, Tramp 6 dekabr 2017-ci ildə Qüdsü İsrailin paytaxtı kimi tanıdığını elan etmişdi. Səfirliyin yerləşəcəyi bina və küçədə bir müddətdir hazırlıqlar davam edir.